Airalo istifadəçisi kimi məkan məlumatlarınızı Airalo ilə paylaşmaq seçiminiz mövcuddur— məkan məlumatlarına çıxış icazələrini istədiyiniz kimi söndürə və ya aktivləşdirə bilərsiniz.
İcazə aktiv edildikdə, Airalo məkan məlumatlarınızdan eSIM alışı və istifadəsi ilə əlaqədar təcrübənizi təkmilləşdirəcək müvafiq məlumatları vaxtında təqdim etmək üçün istifadə edir. İcazə deaktiv edildikdə, Airalo heç bir halda məkan məlumatlarınızı istifadə etmir və ya izləmir.
Airalo ilə məkan məlumatlarımı paylaşdıqda, hansı bildirişləri alacağam?
Airalo məkan məlumatlarınızdan aşağıdakı kimi bir sıra müvafiq mesajları vaxtında göndərmək üçün istifadə edir:
-
Salamlama mesajları – Yeni ölkəyə səyahət edən zaman təyinat yerinizə çatdığınızı təsdiq etmək üçün mesajlar göndərəcəyik.
-
Aksiya təklifləri — Aksiyalarımızın bəziləri konkret regionlara aiddir, olduğunuz yer əsasında endirimlər əldə edə bilərsiniz.
-
Xatırlatmalar — Hava limanı kimi müəyyən səyahət mərkəzlərində gözlənilən səyahətiniz üçün eSIM almağı xatırlatmaq məqsədilə mesajlar göndərəcəyik.
-
Dəstək mesajları — Bəzi dəstək məsələləri olduğunuz yerlə əlaqədar ola bilər, nasazlıqların aradan qaldırılmasını sürətlənidrmək üçün məkan məlumatlarınızdan istifadə edəcəyik.
Nəzərə alın ki, bu mesajların bəziləri məkan məlumatlarınızı hər zaman Airalo ilə paylaşmanızı tələb edir.
Məkan məlumatlarımı Airalo ilə necə paylaşa bilərəm?
Cihazınızdan asılı olaraq məkan məlumatlarınızı Airalo ilə paylaşmaq üçün çoxsaylı üsullardan, çoxsaylı icazə səviyyələrindən istifadə edə bilərsiniz.
iOS cihazlarında məkan məlumatlarımı necə paylaşa bilərəm?
Airalo tətbiqini açan zaman məkan məlumatlarınızı açmağı xahiş edən mesaj ala bilərsiniz.
iOS cihazlarında məkan məlumatlarına çıxış icazələrini aktivləşdirmək üçün "Tətbiqdən istifadə zamanı" seçimini edin. Sonra sizdən məkan məlumatlarınızı hər zaman paylaşmaq istəyib-istəmədiyiniz soruşulacaq. Aktivləşdirmək istəyirsinizsə, "Hər zaman icazə ver" seçimini edin.
Məkan məlumatlarının paylaşılması tətbiq daxilində təklif edilən zaman aktivləşdirmədikdə, onu aşağıdakı addımarı atmaqla parametrlərdən aktivləşdirə bilərsiniz:
- Parametrlər > Airalo > Məkan məlumatları bölmələrinə keçin
- "MƏKAN MƏLUMATLARINA ÇIXIŞ" sözlərinin altında "Hər zaman" seçimini edin.
Məkan məlumatlarınızın "Tətbiqdən istifadə zamanı" istifadə edilməsinə icazə verdikdə, məkanla bağlı müəyyən bildirişləri almaya bilərsiniz.
Android cihazlarında məkan məlumatlarımı necə paylaşa bilərəm?
Airalo tətbiqini açan zaman məkan məlumatlarınızı açmağı xahiş edən mesaj ala bilərsiniz.
Android cihazlarında məkan məlumatlarına çıxış icazələrini aktivləşdirmək üçün "Tətbiqdən istifadə zamanı" seçimini edin.
Məkan məlumatlarının paylaşılması tətbiq daxilində təklif edilən zaman aktivləşdirmədikdə, onu aşağıdakı addımarı atmaqla parametrlərdən aktivləşdirə bilərsiniz:
- Parametrlər > Tətbiqlər > Airalo > İcazələr > Məkan məlumatları bölmələrinə keçin.
- "Yalnız tətbiqdən istifadə zamanı icazə ver" seçimini edin
Nəzərə alın ki, Airalo hazırda Android istifadəçilərinə məkan məlumatlarının hər zaman paylaşılmasını aktivləşdirmək imkanı təklif etmir.
Məkan məlumatlarımın Airalo ilə paylaşılmasını necə dayandıra bilərəm?
Məkan məlumatlarınızın Airalo ilə paylaşılmasını dayandırmaq üçün cihazınızdan asılı olaraq müxtəlif addımları izləməli olacaqsınız.
iOS cihazlarında məkan məlumatlarımın paylaşılmasını necə dayandıra bilərəm?
iOS cihazlarında məkan məlumatlarınızın paylaşılmasını dayandırmaq üçün aşağıdakıları edin:
- Parametrlər > Airalo > Məkan məlumatları bölmələrinə keçin.
- "MƏKAN MƏLUMATLARINA ÇIXIŞ" sözlərinin altında "Heç vaxt" seçimini edin.
Android cihazlarında məkan məlumatlarımın paylaşılmasını necə dayandıra bilərəm?
Android cihazlarında məkan məlumatlarınızın paylaşılmasını dayandırmaq üçün bu ardıcıllığı izləyin: Parametrlər > Tətbiqlər > Airalo > İcazələr > Məkan məlumatları > İcazə ver.
Əlavə sualınız və ya yardıma ehtiyacınız varsa, bizimlə əlaqə saxlayın. Dəstək komandamız 24/7 xidmətinizdədir və sizə hər zaman məmnuniyyətlə yardım edəcək.