Ödənişsiz "Xoş gəldin" eSIM kartı seçilmiş yerlərə aid ödənişsiz eSIM paketinin daxil olduğu promoaksiya təklifidir. Təklif yeni istifadəçilərə Airalo-dan istifadə etməyə başlamaqda, ilk dəfə eSIM ilə əlaqə yaratmaqda yardım etmək üçün nəzərdə tutulub.
Bu məqalədə aşağıdakı suallara cavab tapacaqsınız:
- Ödənişsiz "Xoş gəldin" eSIM kartını kimlər əldə edə bilər?
- Ödənişsiz "Xoş gəldin" eSIM kartı hansı istiqamətləri əhatə edir?
- Ödənişsiz "Xoş gəldin" eSIM kartını necə əldə edə bilərəm?
- Ödənişsiz "Xoş gəldin" eSIM kartımdan necə istifadə edə bilərəm?
Ödəbnişsiz "Xoş gəldin" eSIM kartından kim istifadə edə bilər?
Ödənişsiz "Xoş gəldin" eSIM kartı əldə etmək üçün aşağıdakı şərtləri ödəməlisiniz:
- Airalo hesabı üçün qeydiyyatdan keçmisiniz.
- Heç bir Airalo satınalması etməmisiniz.
Yalnız bir ödənişsiz "Xoş gəldin" eSIM kartı əldə edə bilərsiniz. Bir istiqamət üçün ödənişsiz eSIM kartı aldıqda, başqa istiqamət üçün təklifdən yararlana bilməzsiniz.
Bundan əlavə, ödənişsiz "Xoş gəldin" eSIM kartı əldə etikdə, endirim üçün tövsiyə kodu istifadə edə bilməyəcəksiniz. Bununla belə, dostlarınızı yönəltməyə və Airalo-dan satınalma etdiklərinə görə Airmoney əldə etməyə davam edəcəksiniz.
Ödənişsiz "Xoş gəldin" eSIM kartı hansı istiqamətləri əhatə edir?
Hazırda ödənişsiz "Xoş gəldin" eSIM kartı aşağıdakı istiqamətlər üçün nəzərdə tutulur:
- Yunanıstan
- Portuqaliya
- İspaniya
Təklif edilən trafik həcmi və ya etibarlılıq müddəti kimi paketlə əlaqəli təfərrüatlar hər bir istiqamət üçün fərqli ola bilər.
Ödənişsiz "Xoş gəldin" eSIM kartını necə əldə edə bilərəm?
Ödənişsiz "Xoş gəldin" eSIM kartı almaq üçün sizə Airalo hesabı lazımdır. Airalo tətbiqindən və ya veb-saytından istifadə edərək hesabınız üçün qeydiyyatdan keçə bilərsiniz.
Hesabınıza daxil olduqdan sonra aşağıdakı addımları atın:
- Mağazaya keçin və "Ödənişsiz eSIM-i necə əldə etməli" yazılan banner üzərinə toxunun və ya klikləyin.
- Müvafiq istiqamətlərə bax seçimi üzərinə toxunun və ya klikləyin.
- Əhatə dairəsi ilə maraqlandığınız istiqaməti seçin.
- Ödənişsiz "Xoş gəldin" eSIM kartı üçün İNDİ AL üzərinə toxunun və ya klikləyin.
- eSIM təfərrüatlarını nəzərdən keçirin, sonra AL > SİFARİŞİ TAMAMLA üzərinə toxunun və ya klikləyin.
Sifarişinizi tamamladıqdan sonra ödənişsiz "Xoş gəldin" eSIM kartınızı Mənim eSIM kartlarım bölməsində tapacaqsınız.
Ödənişsiz "Xoş gəldin" eSIM kartımdan necə istifadə edə bilərəm?
Ödənişsiz "Xoş gəldin" eSIM kartından istifadə etmək üçün quraşdırma və aktivləşdirmə təlimatlarına əməl etməlisiniz.
- Ödənişsiz "Xoş gəldin" eSIM kartı üçün Mənim eSIM kartlarım > Təfərrüatlar bölməsinə keçin.
- Təlimatlara baxüzərinə toxunun və ya klikləyin.
- Üstünlük verdiyiniz üsulu — birbaşa, QR kod ilə və ya əl ilə quraşdırma metodunu seçin.
- Təlimatları diqqətlə oxuyun və yerinə yetirin — quraşdırma prosesində internet bağlantınızın stabil olduğuna əmin olun.
eSIM kartınız quraşdırıldıqdan sonra getdiyiniz yerdə lokal şəbəkəyə qoşulmaq üçün göstərişə əməl edin.
Daha çox trafikə ehtiyacınız olarsa, ödənişsiz "Xoş gəldin" eSIM kartının balansını asanlıqla artıra bilərsiniz. eSIM kartı balansını necə artıra biləcəyiniz haqqında addım-addım təlimat üçün eSIM kartı balansını necə artırmalı? bölməsinə istinad edin.
Əlavə sualınız və ya hər hansı yardıma ehtiyacınız varsa, bizimlə əlaqə saxlayın. Dəstək komandamız 24/7 xidmətinizdədir və sizə hər zaman məmnuniyyətlə yardım edəcək.