Valyutamı necə yeniləyə bilərəm?

Airalo tətbiqi, mobil cihaz və ya stolüstü cihazdan istifadə etdyinizdən asılı olmayaraq valyutanızı asanlıqla yeniləyə bilərsiniz. 

Airalo tətbiq/mobil:

  1. Profili açın, "Valyuta" bölməsinə keçin — hazırda seçdiyiniz valyutanı görəcəksiniz (məs: “Valyuta: ABŞ dolları (USD) $”).
  2. Açmaq və siyahını sürüşdürmək üçün toxunun – istədiyiniz valyutanı tapmaq üçün həmçinin axtarış panelindən istifadə edə bilərsiniz.
  3. İstifadə etmək istədiyiniz valyutanı seçin.
  4. Valyutanızı dəyişmək istədiyinizi təsdiq edin— Airmoney balansınız da yeni valyutaya çevriləcək.

Fərdi kompüter:

  1. Veb-səhifənin yuxarısına keçin — üst naviqasiya elementlərində cari valyutanızı görəcəksiniz (məs: “$ USD”).
  2. Valyutalar siyahısını açmaq üçün valyutanıza klikləyin  — istədiyiniz valyutanı tapmaq üçün siyahını aşağı doğru sürüşdürə və ya axtarış apara bilərsiniz.
  3. İstifadə etmək istədiyiniz valyutanı seçin.
  4. Valyutanızı dəyişmək istədiyinizi təsdiq edin— Airmoney balansınız da yeni valyutaya çevriləcək.

Yeniləndikdən sonra bütün qiymətlər seçdiyiniz valyutada göstəriləcək. Bundan əlavə, Airmoney balansını yenilənmiş valyutada görəcəksiniz. Ətraflı məlumat üçün yardım mərkəzimizin Airalo-nun hansı valyutaları dəstəklədiyi haqqında məqaləsini oxuyun.

Satınalma zamanı valyutamı yeniləyə bilərəmmi?

Airalo tətbiqi və ya mobil cihazdan istifadə zamanı sifarişin rəsmiləşdirilməsi prosesində valyutanızı birbaşa yeniləyə bilməyəcəksiniz. Satınalma zamanı valyutaları dəyişdirməyə qərar versəniz, valyutanızı yeniləmək üçün Profilinizə qayıdın. 

Yenilənmədən sonra eSIM paketini istədiyiniz valyutada ala bilərsiniz.

Stolüstü cihazlarda sifarişin rəsmiləşdirilməsi prosesinin son mərhələsinə çatana qədər valyuta dəyişdiricisini üst naviqasiya elementlərində görəcəksiniz. Sifarişinizi tamamlamazdan əvvəl istənilən məqamda valyutanızı yeniləyə bilərsiniz.

Tranzaksiya tarixçəm istədiyim valyutaya konvertasiya ediləcəkmi?

Xeyr, tranzaksiyalar hər zaman həyata keçirildikləri valyutada göstərilir. 

Məsələn — valyutanızı ABŞ dollarından avroya çevirmisinizsə, yeni tranzaksiyalar avro valyutası ilə görünəcək. 

Profilinizdən "Sifarişlər" bölməsinə keçərək bütün satınalma tranzaksiyalarınızı görə bilərsiniz.

Valyutamı yeniləsəm, Airmoney vəsaitimə necə təsir edəcək?

Valyutanızı yeniləsəniz, Airmoney balansınız da seçdiyiniz valyutaya konvertasiya ediləcək. Beləliklə, istifadə etdiyiniz valyutadan asılı olmayaraq hər hansı satınalmanızda asanlıqla Airmoney tətbiq edə bilərsiniz.

Nəzərə alın ki, Airmoney ABŞ dolları (USD) ilə hesablanır. Airalo valyuta məzənnələrini hesablamaq üçün üçüncü tərəf xidmətindən istifadə edir — valyutanızı yeniləsəniz, Airmoney balansınız valyuta məzənnəsi əsasında konvertasiya ediləcək.

Valyutanızı yeniləməkdə problem yaşayırsınızsa və ya hər hansı sualınız varsa, dəstək komandamızla əlaqə saxlayın. Yardım etməyə hər zaman hazırıq.

Əlaqədar suallar

Digər mövzular

Müəllif hüquqları Airalo © 2021
  • x