eSIM quraşdırdığınız zaman Airalo tətbiqində kartınızın uğurla quraşdırıldığını bildirən təsdiq mesajı görəcəksiniz. Bu mesaj müvafiq eSIM-in quraşdırma təlimatlarında əks olunur.
Bu məqalədə aşağıdakı suallara cavab verəcəyik:
- Cihazıma quraşdırılmış eSIM-i nə üçün tapa bilmirəm?
- Quraşdırılmış eSIM kartımın müəyyən edilə bilməməsindən necə yayına bilərəm?
- Quraşdırılmış eSIM kartımı müəyyən etmək üçün nə edə bilərəm?
Cihazıma quraşdırılmış eSIM-i nə üçün tapa bilmirəm?
Bəzi hallarda cihazınız üçün uyğun eSIM kartı müəyyən etməkdə çətinlik çəkə bilərsiniz. Bu, bir neçə səbəbdən irəli gələ bilər:
- Müvafiq eSIM "Şəxsi", "İkinci", "İş" və ya "Səyahət" kimi tanıya bilmədiyiniz etiketlərə malikdir.
- Cihazınıza bənzər etiketləri olan bir neçə eSIM quraşdırılıb.
- Müvafiq eSIM cihazdan silinib.
Səbəbdən asılı olaraq müxtəlif addımlar sizə düzgün eSIM kartını tapmaqda yardım edəcək.
Quraşdırılmış eSIM kartımın müəyyən edilə bilməməsindən necə yayına bilərəm?
eSIM kartınızı hər zaman quraşdırılma anında etiketləməyi tövsiyə edirik.
- eSIM üçün asanlıqla müəyyən edilə bilən, ölkə və ya region adı (başqa sözlə, "Fransa" və ya "Avropa") kimi unikal adı seçin.
- Bəzi hallarda eSIM-də əhatə olunan ölkə və ya regionu etiketə daxil etmək faydalı ola bilər.
- Bundan əlavə, artıq istifadə etməyəcəyinizdən tam əmin olana qədər eSIM kartınızı silməyin.
Quraşdırılmış eSIM kartımı müəyyən etmək üçün nə edə bilərəm?
Quraşdırılmış eSIM kartını müəyyən etmək üçün müvafiq eSIM-in ICCID nömrəsini bilməli olacaqsınız.
ICCID və ya inteqral sxem kartının identifikatoru hər bir eSIM-ə təyin edilən unikal identifikasiya nömrəsidir. O, 18-22 rəqəmdən ibarətdir. Müvafiq eSIM kartının ICCID nömrəsini tapmaq üçün aşağıdakıları edin:
-
Airalo tətbiqində "Mənim eSIM kartlarım" bölməsinə keçin.
-
Müvafiq eSIM kartı tapın.
-
"ICCID" və müvafiq nömrə eSIM-də göstərilir.
ICCID nömrəsini həmçinin müvafiq eSIM kartın TƏFƏRRÜATLARINDA tapa və kopyalaya bilərsiniz.
ICCID nömrəsini tapdıqdan sonra nömrəni cihazınızda quraşdırılmış eSIM-lərlə müqayisə etməli olacaqsınız. Nəzərə alın ki, cihazınıdan asılı olmayaraq ICCID nömrəsinə baxmaq üçün müvafiq eSIM parametrlərdən akitvləşdirilməlidir.
iOS cihazlarında:
Parametrlər > Ümumi > Haqqında ardıcıllığını izləyin və ekranı aktiv SIM kartlarının siyahısını görənə qədər aşağı sürüşdürün.
Samsung cihazlarında:
Parametrlər > Telefon/cihaz haqqında > Status/telefon kimliyi > Şəbəkə > SIM kartı ardıcıllığını izləyin və ICCID məlumatlarını axtarın.
Pixel cihazlarında:
Parametrlər >Telefon haqqında > SIM Statusu ardıcıllığını izləyin və ICCID məlumatlarını axtarın.
Cihazınızda bir neçə eSIM kart varsa, onların hər birini əl ilə deaktiv etməli və uyğun ICCID nömrəsini tapana qədər addımları təkrar etməli ola bilərsiniz.
Yenə də uyğun ICCID nömrəsini tapa bilmirsinizsə, müvafiq eSIM cihazınızdan silinmiş ola bilər. Alternativ olaraq, quraşdırma prosesinə müdaxilə edən problemlərlə üzləşmiş ola bilərsiniz. Hər bir halda yardım üçün dəstək komandamızla əlaqə saxlayın.
Başqa sualınız və ya əlavə yardıma ehtiyacınız varsa, dəstək komandamız 24/7 xidmətinizdədir, sizə yardım etməyə hər zaman hazırıq.