Cihazımda şəbəkə və ya operator kilidi mövcuddursa, nə edə bilərəm?

Cihazınızı mobil şəbəkə provayderi və ya operator vasitəsilə almısınızsa, cihazınızda şəbəkə və ya operator kilidi ola bilər. Bu o deməkdir ki, provayderiniz başqa şəbəkələrə qoşulmaq imkanınızı məhdudlaşdırıb. 

Cihazınızda operator və ya şəbəkə kilidi varsa, eSIM kartını quraşdıra bilməzsiniz. eSIM istifadə etmək istəyirsinizsə, cihazınızın kilidini açmaq üçün mobil şəbəkə provayderiniz və ya operatorunuzla əlaqə saxlayın.

Cihazınızın kilidi yenicə açılıbsa, operatorunuz ehtiyat üçün eSIM dəstəyini müəyyən müddətə deaktiv etmiş ola bilər. Bu hallarda cihazınızn təhlükəsizlik parametrlərini ləğv etmək üçün mobil şəbəkə provayderinizlə və ya operatorunuzla əlaqə saxlayın.

Hər hansı sualınız varsa, dəstək xidməti ilə əlaqə saxlayın. Məmnuniyyətlə yardım edəcəyik.

 

Əlaqədar suallar

Digər mövzular

Müəllif hüquqları Airalo © 2021
  • x