eSIM artıq şəbəkəyə qoşulmaq vərdişlərmizi dəyişdirməyə başlasa da, çoxları üçün hələ də qismən yeni texnologiyadır. Burada eSIM-lər barədə başa düşməli olduğunuz hər şeyi bir araya toplamışıq. eSIM-in nə olduğu, iş prinsipi, üstünlükləri və s. haqqında məlumat üçün oxumağa davam edin.
Bu məqalədə:
- eSIM nədir?
- eSIM və fiziki SIM kartın müqayisəsi: Fərq nədədir?
- eSIM-in iş prinsipi necədir?
- eSIM-in üstünlükləri: Nə üçün eSIM-ə keçməli?
- eSIM-lərdən kim istifadə edir?
eSIM nədir?
Sıra ilə başlayaq: eSIM nədir? eSIM "daxildə qurulan SIM kart" deməkdir. Ənənəvi SIM kart kimi o, mobil abunəçi kimi sizi eyniləşdirən və şəbəkəyə qoşan kiçik çipdir. Ənənəvi SIM kartdan fərqli olaraq o, cihazınızın daxilində qurulub və 100% rəqəmsal qaydada işləyir.
eSIM və fiziki SIM kartın müqayisəsi: Fərq nədədir?
eSIM və fiziki SIM kart arasında bir neçə əsas fərq mövcuddur:
- Fiziki SIM kart çıxarıla bilən çipdir.
- eSIM cihazınızın daxilinə quraşdırılır.
- Fiziki SIM kart müəyyən bir operatora bağlıdır.
- eSIM operatordan asılı deyil.
- Fiziki SIM kart çıxarıla bilir və o itə və ya oğurlana bilər
- eSIM silinə bilər, lakin itə və ya oğrulana bilməz
eSIM-in iş prinsipi necədir?
eSIM-n nə olduğunu öyrəndik, indi gəlin onun iş prinsipinə nəzər salaq. eSIM kartını rəqəmsal SIM kart kimi təsəvvür edə bilərsiniz. O sizə ayaqüstü trafik endirməyə imkan verən təkrar proqramlaşdırıla bilən çipdir. SIM kart satıcısı tapmağa və ya operatorunuzu, yaxud internet planınızı dəyişdirmək üçün fiziki kartınızla əziyyət çəkməyə ehtiyac yoxdur. Əvəzində eSIM internet planı ala, endirə və dərhal mobil şəbəkəyə qoşula bilərsiniz.
Airalo eSIM kartını endirmək və aktivləşdirmək üçün:
- Telefonunuzun eSIM-lə istifadəyə uyğun və kilidsiz olduğunu dəqiqləşdirin.
- Airalo veb-saytına keçin və ya Airalo tətbiqini (iOS | Android) endirin.
- eSIM planı seçin (yerli, regional və qlobalplanlar arasından seçim edə biləriniz).
- Planınızı endirmək və quraşdırmaq üçün təlimatlara əməl edin (yalnız bir neçə dəqiqə tələb olunur).
- Təyinat yerinə çatdıqda, lokal şəbəkəyə qoşulun!
eSIM-in üstünlükləri: Nə üçün eSIM-ə keçməli?
eSIM kartının səyahətdə əlaqəni itirməməkdən sürpriz rouminq xərcləri ilə vidalaşmağa qədər çox sayda üstünlükiləri mövcuddur. Airalo eSIM kartına keçidin vəziyyəti kökündən dəyişə biləcəyi bir neçə xüsusiyyəti.
Daxilə quraşdırılan texnologiya
eSIM kartının ən böyük üstünlüklərindən biri budur ki, o, fiziki SIM kartını izləmək ehtiyacını aradan qaldırır. Yeni bir yerə gedirsiniz? SIM kart növbələrindən xilas olun və SIM kart saxlama sisteminizlə vidalaşın. Əvəzində eSIM planı endirin və səyahətinizi asanlaşdırın!
Sərbəst qrafikli internet planları
Özünüzə ən uyğun olan planı seçin. Airalo planlarını fərqləndirən cəhətlər:
- Yer (məsələn, yerli, regional, qlobal)
- İnternet (məsələn, 1 QB, 3 QB, 5 QB və s.)
- Etibarlılıq müddəti (məsələn, 7 gün, 14 gün, 30 gün və s.)
- Qiymət (seçdiyiniz paketdən asılıdır)
Peşəkar məsləhət: internet trafikiniz azalırsa, Airalo tətbiqində balansı asanlıqla artıra bilərsiniz.
Qlobal əhatə dairəsi
Airalo eSIM kartlarının daha bir üstünlüyü budur ki, dünyada 200-dən çox yer üçün plan tapa bilərsiniz. Səyahətinizin sizi Torontoya və ya Tanjerə apardığından asılı olmayaraq istənilən yerdən şəbəkəyə qoşula bilərsiniz. Sadəcə eSIM alın, cihazında quraşdırın və eniş etdikdən sonra yerli şəbəkəyə qoşulun.
Cihazınızda çox sayda eSIM saxlayın
Əksər cihazlarda çox sayda eSIM saxlaya, birdən artıq xəttdən istifadəni asanlaşdıra bilərsiniz. Deyək ki, iş telefonunuz və şəxsi telefonunuz var. İki eSIM-ə malik olmaq o deməkdir ki, artıq iki cihaz arasında janqlyorluq etməyə ehtiyac yoxdur.
Əsas nömrənizdən istifadə etməyə davam edin
Telefonlarımıza bağlanmağımız səbəbsiz deyil. Şəxsiyyətin təsdiq edilməsindən dostlar və ailə ilə əlaqə saxlmağa qədər çox şeydə ona güvənirik. Dual SIM telefonla internetə çıxış üçün eSIM kartınızdan yararlana, zəng və SMS üçünsə əsas nömrənizdən istifadə etməyə davam edə bilərsiniz.
Sürpriz rouminq xərci yoxdur
Demək olar ki, hər səyahətçi gözlənilməz rouminq xərcləri ilə qarşılaşıb. Bu xərclər çox sürətlə arta bilir. Airalo eSIM-lə dəqiqliklə ödədiyiniz qədər internet alırsınız və internetiniz bitərsə, artıra bilərsiniz. Bu üstünlük evə qayıdan zaman xoşagəlməz rouminq xərcləri ilə qarşılaşmayacağınızı bildirir.
eSIM-dən necə istfadə edə bilərəm?
eSIM və səyahət sözləri bir yerdə çəkilir, lakin eSIM texnologiyasının çox sayda başqa istifadə məqsədləri mövcuddur. Airalo müştərilərinin eSIM-dən istifadə üsullarından bəziləri.
Əyləncə üçün səyahət
Airalo müştərilərinin çoxu səyahət üçün eSIM-dən istifadə edir. Həftəsonu gəzintisi və ya ölkələrarası macərə planlaşdırdığınızdan asılı olmanyaraq eSIM dünyanın hər yerində əlaqə yarada bilmək üçün asan və münasibqiymətli üsuldur. Eyni yerdə uzun müddət qalan səyahətçilər bir qayda olaraq səyahət müddətində eSIM kartlarını bir neçə dəfə təkrar yükləyirlər. Bir ölkədən digərinə keçəcəkləri halda onlar çox yerdə əlaqə yaratmağa icazə verən regional və ya qlobal planı seçirlər.
Xaricdə təhsil
eSIM-lər həmçinin xaricdə təhsil olan tələbələr arasında populyardır. Evdən uzaqlaşmaq yeni ölkədə xüsusilə çətin ola biləcək həyat dəyişdirən təcrübədir. eSIM xaricdə təhsil alan tələbələrin dostları və ailələri ilə əlaqəsini və xaricdə yeni əlaqələr qurmalarını asanlaşdırır.
İş üçün səyahət
İş üçün səyahət edirsinizsə və ya işiniz səyahət etməkdən ibarətdirsə (dənizçilər və stüardessalar), eSIM sizin üçün mükəmməl seçimdir. eSIM-in çevikliyi təyinat yerləri arasında asanlıqla keçid etməyə imkan verir. Səyahətdə olan zaman yerli SIM kart satıcısı axtarmağa, çoxsaylı SIM kartları izləməyə və ya rouminq xərclərinə görə narahat olmağa ehtiyac yoxdur.
Evdə internetdən istifadə
Bəzi müştərilər eSIM-dən ölkə daxilində çevik alternativ internet kimi istifadə edirlər. Yerli operatorunuzun şəbəkə sürəti yavaşdırsa və/və ya operatorunuz etibarlı deyilsə, yaxud ayda yalnız bir neçə gün və ya həftə internetdən istifadə etmək istəyirsinizsə, bu tamamilə məqsədəuyğundur.
Məsafədən iş
Xaricdə rəqəmsal köçəri həyatı yaşayan mütəxəssisinizsə, eSIM-dən istifadə barədə çox düşünməyə ehtiyac yoxdur. eSIM lokal şəbəkəyə qoşulmağı və istənilən yerdən işləməyi super asan edir. Rəqəmsal köçəri həyatı yaşayanlar üçün üstünlüklərdən biri məsafədən iş üçün qeyri-sabit Wi-Fi əvəzinə eSIM kartının internetinə etibar edə bilməyinizdir. eSIM harada olduğunuzdan asılı olmayaraq Zoom zənglərinin qəbul edilməsini, e-poçtun yoxlanmasını, faylların göndərilməsini asanlaşdırır.
eSIM texnologiyasına keçid etmisiniz? Airalo-dan ilk eSIM kartınızı elə bu gün əldə edin.