Son yeniləmə: 17 Oktyabr 2024
ÜMUMİ ŞƏRT VƏ QAYDALAR
1. ÜMUMİ ŞƏRT VƏ QAYDALARIN ETİBARLILIĞI
Bu Şərtlər və Qaydalar (“Şərtlər və Qaydalar” və ya bu “Şərtlər”) AirGSM Holdings, Inc. və onun əlaqəli müəssisələri (bundan sonra birlikdə “Airalo” adlandırılacaq) ilə sizin (“Müştəri” və ya “siz”) aranızda məcburi hüquqi qüvvəyə malik razılaşma təşkil edir və məhsullarımızdan, xidmətlərimizdən, mobil tətbiqimizdən (“Tətbiq”) və veb-saytımızdan (“Sayt”, yuxarıda qeyd edilənlərlə birlikdə “Xidmətlər”) istifadənizi tənzimləyir. Aşağıdakı Şərt və Qaydalara https://www.airalo.com veb-saytında yer verilir. Airalo yalnız birmənalı yazılı razılaşma halında müxtəlif şərtləri qəbul edə bilər. Bu bölmə Airalo xidmətləri, platformaları və tətbiqləri ilə qarşılıqlı təmasda olan müxtəlif fərd və qurum kateqoriyalarını müəyyən edir. Bu rolları başa düşmək bu Şərt və qaydalarda təsvir edilən hüquq, öhdəlik və şərtlərin təfsiri üçün olduqca vacibdir.
Bu sənəddə istifadə edilən "Müştəri" ifadəsi istifadə vəziyyətinə müvafiq olaraq Son istifadəçilər, Biznes istifadəçiləri və Son Müştərilər daxil olmaqla, Airalo-niun xidmətlərindən istifadə edən hər hansı fərd və ya quruma aid edilir. Bu geniş tərif aidiyyəti tərəflərin hüquq və öhdəliklərinin aydın və hərtərəfli başa düşülməsini təmin edərək Şərt və qaydalarımızın xidmətlərimizlə bütün qarşılıqlı əlaqələri əhatə etməsinə zəmanət verir.
MÜŞTƏRİ QƏBUL EDİR VƏ RAZILAŞIR Kİ, SAYTDA VƏ YA TƏTBİQDƏ QEYDİYYATDAN KEÇİB-KEÇMƏDİYİNDƏN ASILI OLMAYARAQ “QƏBUL EDİRƏM” ÜZƏRİNƏ VƏ YA BƏNZƏR DÜYMƏYƏ KLİKLƏMƏKLƏ, HESAB YARATMAQLA, TƏTBİQİ VƏ YA HƏR HANSI TƏTBİQ YENİLƏNMƏSİNİ YÜKLƏMƏKLƏ, MÜŞTƏRİNİN MOBİL CİHAZINDA TƏTBİQDƏN İSTİFADƏ ETMƏKLƏ VƏ YA XİDMƏTLƏRƏ DAXİL OLMAQLA VƏ YA ONLARDAN İSTİFADƏ ETMƏKLƏ BU XİDMƏT ŞƏRTLƏRİNİ OXUDUĞUNU, BAŞA DÜŞDÜYÜNÜ VƏ ONLARA TABE OLDUĞUNU BƏYAN EDİR. BU XİDMƏT ŞƏRTLƏRİNİ QƏBUL ETMƏYƏN MÜŞTƏRİ XİDMƏTLƏRƏ GİRİŞ VƏ YA ONLARDAN İSTİFADƏ HÜQUQUNA SAHİB DEYİL. Bu Xidmət Şərtləri hansının daha əvvələ təsadüf etdiyindən asılı olaraq Müştərinin ilk dəfə “Qəbul edirəm” üzərinə (və ya bənzər düyməni kliklədiyi və ya xananı işarələdiyi) kliklədiyi anda və ya Xidmətlərə daxil olduğu, yaxud onlardan istifadə etdiyi tarixdən etibarən qüvvəyə minir. Bu Xidmət Şərtlərini işəgötürəni və ya başqa hüquqi şəxs adından qəbul etdiyi halda Müştəri bəyan edir və zəmanət verir ki, (i) Müştərinin işəgötürənini və ya belə hüquqi şəxsi bu Xidmət Şərtləri çərçivəsində öhdəliklə bağlamaq üçün tam hüquqi səlahiyyətə malikdir; (ii) Müştəri bu Xidmət Şərtlərini oxuyub anlayıb və (iii) Müştəri təmsil etdiyi tərəf adına bu Xidmət Şərtlərinə razılıq verir. Bu halda “Müştəri” işəgötürəninə və ya başqa belə hüquqi şəxsə istinad edir.
Müştərinin Airalo-ya təqdim etdiyi və ya Airalo-nun müştəri haqqında topladığı hər hansı fərdi məlumat Airalo'nun Məxfilik Siyasəti (“Məxfilik Siyasəti”) ilə tənzimlənir və https://www.airalo.com/more-info/privacy-policy ünvanında mövcuddur. Müştəri Xidmətlərdən istifadə etməklə Məxfilik Siyasətini nəzərdən keçirdiyini qəbul edir. Məxfilik Siyasəti istinad yolu ilə bu Xidmət Şərtlərinə daxil edilir, onlar birlikdə bu razılaşmanı (“Razılaşma”) təşkil edirlər və bundan sonra birlikdə belə adlandırılacaqlar.
ZƏHMƏT OLMASA, NƏZƏRƏ ALIN: BU MÜQAVİLƏ MÜŞTƏRİ VƏ AİRALO ARASINDA MÜBAHİSƏLƏRİN NECƏ HƏLL EDİLƏCƏYİNİ TƏNZİMLƏYİR. BURA MƏCBURİ HÜQUQİ QÜVVƏYƏ MALİK VƏ YEKUN ARBİTRAJ MÜDDƏASI VƏ KOLLEKTİV İDDİALARDAN İMTİNA DAXİLDİR (BÖLMƏ 20). ZƏHMƏT OLMASA, DİQQƏTLƏ OXUYUN, BELƏ Kİ, BU, MÜŞTƏRİ HÜQUQLARINA, O CÜMLƏDƏN MÜVAFİQ HALLARDA MÜŞTƏRİNİN ARBİTRAJDAN İMTİNA HÜQUQUNA TƏSİR EDİR.
2. XİDMƏTLƏRİN TƏSVİRİ
2.1. XİDMƏTLƏRDƏN İSTİFADƏ
Airalo eSIM texnologiyası vasitəsilə beynəlxalq rabitəni daha əlçatan edən qlobal eSIM mağazasıdır. Airalo fiziki SIM kartlara ehtiyacı azaltmaq məqsədilə çox sayda ölkədə səyahətçilərə internet, zəng və SMS paketləri təklif edir. Airalo-nun xidmətləri dünyanın müxtəlif yerlərindən dərhal alına və eSIM-lə istifadəyə uyğun cihazda istifadə edilə bilən müxtəlif eSIM internet, zəng və SMS paketləri təklif etməklə fasiləsiz bağlantını təmin edir.
Müştəri Xidmətlərdən istifadə etmək üçün Airalo-da qeydiyyatdan keçməli və hesab yaratmalıdır (“Hesab”), bu prosesin bir hissəsi kimi Müştəridən müəyyən məlumatlar, o cümlədən Müştərinin adı, tam ünvanı, telefon nömrəsi və e-poçt ünvanını təqdim etməsi tələb olunacaq. Xidmətlərdən istifadə edərək, müştəri qeydiyyat prosesinin tələblərinə uyğun olaraq həqiqi, dəqiq, cari və tam məlumatları təqdim etməyi və Hesab məlumatlarını dəqiq, cari və tam saxlaya bilmək üçün dərhal yeniləməyi qəbul edir. Müştəri Müştəri Hesabının yeganə səlahiyyətli istifadəçisidir. Müştəri hesaba hər hansı girişin, Müştəri tərəfindən təqdim olunan və ya Airalo tərəfindən Müştəriyə verilən parol və Hesab nömrəsinin məxfiliyinin qorunmasına görə məsuliyyət daşıyır. Müştəri icazə verməmiş olsa belə, parolu və ya Hesabı ilə həyata keçirilən bütün fəaliyyətlərə görə təklikdə və tam məsuliyyət daşıyır. Airalo heç bir istifadəçinin Hesabının istifadəsi üzərində nəzarətə malik deyil və bundan irəli gələn hər hansı məsuliyyəti açıq şəkildə rədd edir. Müştəri hər hansı tərəfin parol və ya Hesabdan istifadə etdiyindən, yaxud başqa hər hansı təhlükəsizlik pozuntusundan şübhələndikdə, dərhal Airalo ilə əlaqə saxlamağa razılıq verir.
Xidmətlərdə qeydiyyatdan keçən şəxs Xidmət şərtlərinin məqsədləri çərçivəsində müqavilə tərəfi və Airalo-nun Xidmətlərlə əlaqədar olaraq təqdim etdiyi hər hansı müvafiq Hesabdan istifadə səlahiyyəti olan şəxs olacaq; lakin Müştəri Xidmətlərdə işəgötürəni adından qeydiyyatdan keçdikdə, Hesab Sahibi Müştərinin işəgötürəni olacaq. Hesab sahibi olaraq Müştəri bu Xidmət şərtlərinin yerinə yetirilməsinə görə təklikdə məsuliyyət daşıyır və ondan irəli gələn faydalardan yararlanmaq hüququ yalnız ona məxsusdur. Müştərinin Hesabı başqa şəxsə və ya hesaba ötürülə bilməz. Müştəri parolundan və ya kimlik məlumatlarından hər hansı icazəsiz istidadə və ya Airalo-nun, yaxud Müştərinin hesabının təhlükəsizliyinin hər hansı pozuntusu və pozulma riski haqqında Airalo-ya dərhal məlumat verməlidir.
2.2. AIRALO XİDMƏTLƏRİNDƏN İSTİFADƏ ÜÇÜN QEYDİYYAT
Son istifadəçilər, biznes istifadəçiləri, son müştərilər və 1-ci bölmədə təsvir edilən işə müraciət edən şəxslər daxil olmaqla, bütün müştərilər Airalo xidmətlərindən istifadə etmək üçün Ümumi şərt və qaydaları qəbul etməlidirlər. Qeydiyyat prosesində aşağıdakı məlumatlar təmin edilməlidir:
Airalo xidmətlərinin vasitəçilər vasitəsilə təmin edildiyi hallarda (məsələn, hotellər və ya səyahət agentlikləri) vasitəçi tələb olunan qeydiyyat məlumatlarını Müştəri adından təqdim edə bilər.
Airalo dəyişən xidmət tələblərinə uyğunlaşmaq, istifadəçi təcrübəsini təkmilləşdirmək məqsədilə zəruri olduqca bütün müştəri kateqoriyalarından əlavə məlumatlar toplamaq hüququnu özündə saxlayır. Əlavə məlumatların toplanması bu Şərt və qaydalara əlavə dəyişikliklərə ehtiyac olmadan məxfilik və məlumatların qorunması haqqında qanunlara müvafiq qaydada həyata keçiriləcək. Müştərilər standart kommunikasiya kanalları vasitəsilə hər hansı belə əlavə məlumatın toplanması haqqında müvafiq qaydada məlumatlandırılacaqlar.
2.3. AIRALO-NUN ÖHDƏLİKLƏRİ
Airalo keyfiyyətli Müştəri xidmətinin təmin edilməsi üçün məntiqi baxımdan məqbul səylər göstərə bilər. Lakin Airalo xidmətin fasiləsiz olacağına, vaxtında təmin ediləcəyinə, təhlükəsiz və ya xətasız olacağında zəmanət vermir.
2.4. MÜŞTƏRİNİN ÖHDƏLİKLƏRİ
Müştəri Airalo tərəfindən təmin edilən avadanlıq və ya xidmətlərdən istifadə edən zaman sui-istifadə, qeyri-qanuni və ya dələduzluq xarakterli, şəbəkənin pozulmasına və ya zərər görməsinə səbəb ola biləcək fəaliyyətlərlə məşğul olmamalıdır. Müştəri 2.4-cü bənd çərçivəsindəki öhdəliklərini pozduqda, Airalo Müştərinin Xidmətdən istifadəsini dayandıra bilər. Hər hansı dayandırılma müddətində müştəri bu razılaşma çərçivəsində dayandırılmış xidmətlərə görə bütün ödənişləri etməyə davam etməlidir.
2.5. CİHAZIN İSTİFADƏYƏ UYĞUNLUĞU
Müştəri cihazın eSIM kart istifadəsi üçün uyğun və operator kilidinin açıq olduğunun dəqiqləşdirilməsinə görə məsuliyyət daşıyır. Cihazın eSIM texnologiyası ilə uyğunluğu operatordan və mənşə ölkədən asılı ola bilər; Müştəri sifarişin rəsmiləşdirilməsi zamanı təmin edilən eSIM-lə istifadəyə uyğun cihazlar siyahısını yoxlamalıdır. Müştəri cihazının eSIM texnologiyası ilə istifadəyə uyğunluğunu təsdiq edən xananı işarələdikdə, Müştəri təqdim etdiyi məlumatın dəqiqliyinə görə cavabdeh sayılır.
eSIM texnologiyasını dəstəkləyən cihazların siyahısı müfəssəl deyil, yəni yeni elan edilən cihazlar hələ əlavə edilməmiş ola bilər.
3. MÜQAVİLƏNİN BAŞLANMASI, MÜDDƏTİ VƏ LƏĞV EDİLMƏSİ
Airalo və Müştəri arasında xidmət müqaviləsi Airalo tətbiqi vasitəsilə, Tərəfdaş platformasında və ya Airalo tərəfindən təmin edilən, müştərilərə sifariş yerləşdirmək imkanı verən hər hansı başqa məhsul daxil olmaqla, Airalo veb-saytında (https://www.airalo.com) sifarişin yerləşdirilməsi ilə başlayır.
eSIM kartının aktivləşdirilməsi və Aktivləşdirmə siyasətinin təsdiqi Müştərinin öhdəliyidir.
Aktiv internet paketləri olmadıqda və ya eSIM kartını müvafiq cihazdan sildikdə, Son istifadəçilərin müqaviləsinə xitam veriləcək. Söhbət biznes istifadəçilərindən getdikdə isə, müqavilənin ləğv edilməsi Biznes istifadəçisi ilə Airalo arasında imzalanan konkret razılaşmanın şərtlərindən və ya Tərəfdaş platformanın aktiv statusundan asılıdır. Belə müqavilələri olan və ya platformada aktiv iştirak edən Biznes istifadəçiləri üçünsə aktiv internet paketi olmadıqda və ya eSIM cihazdan silindikdə belə, Airalo və Biznes istifadəçisi arasında davam etməkdə olan tərəfdaşlıq və öhdəlikləri əks etdirən müqaviə qüvvədə qalır.
4. XƏRCLƏR VƏ ÖDƏNİŞ
Ödəmə və hər hansı başqa xərc ödənişi Xidmətlərdə göstərildiyi kimi, üçüncü tərəf ödəniş emalı sistemi (“ÖES”) vasitəsilə həyata keçirilməlidir. Müştəridən ÖEM sistemində qeydiyyatdan keçmək, ÖEM xidmət şərtləri ilə razılaşmaq, ÖEM-ə ödəniş məlumatlarını təqdim etmək, ÖEM hesabını qurmaq üçün (“ÖEM Xidmət müqaviləsi”) ÖEM-in tələbi ilə yoxlanış prosesindən keçmək tələb oluna bilər. Bu Xidmət Şərtlərini qəbul etməklə, Müştəri ÖEM Xidmət Müqaviləsini endirdiyini və ya çap etdiyini, nəzərdən keçirdiyini və qəbul etdiyini təsdiq edir. Nəzərə alın ki, Airalo ÖEM Xidmət Müqaviləsinin tərəfi deyil, Müştəri və ÖEM və Xidmət Müqaviləsində göstərilən hər hansı tərəf ÖEM Xidmət Müqaviləsinin tərəfləridir və Airalo ÖEM Xidmət müqaviləsi çərçivəsində hər hansı bir istifadəçi və ya hər hansı digər tərəf qarşısında heç bir öhdəlik, cavabdehlik və ya məsuliyyət daşımır.
Əksi birmənalı şəkildə bəyan edilmədiyi təqdirdə Xidmətlərdə göstərilən bütün qiymət və haqlara hazırda qüvvədə olan və ya gələcəkdə qüvvəyə minəcək tətbiq edilən federal, dövlət, yerli və ya başqa satış, mal və məhsul vergiləri, rüsumları və ya xərcləri (“Vergilər”) daxil deyil. Tətbiq edilən hər hansı vergi bizə təqdim etdiyiniz hesab-fakturaya müvafiq tariflərə əsaslanır və tranzaksiya zamanı Hesabınızdan vəsait silinən zaman hesablanır.
4.1. ÖDƏNİŞ ŞƏRTLƏRİ
Airalo xidmətlərinə görə Kredit/debet kartı, PayPal, Google Pay, Apple Pay və Alipay daxil olmaqla, lakin bunlarla məhdudlaşmadan müxtəlif ödəniş metodları təklif edir.
Ödənişin valyutası ABŞ dollarıdır ($) və ödəniş valyutası tranzaksiya zamanı müəyyən edilməklə müxtəlif başqa valyutaları əhatə edə bilər.
Kredit kartı tranzaksiyası PayPal (https://paypal.com) və Stripe (https://stripe.com) daxil olmaqla, lakin onlarla məhdudlaşmadan Airalo tərəfindən təsdiq edilən və əlavə olaraq hər bir tranzaskiya üçün Airalo tərəfindən seçilən ödəniş xidməti provayderləri tərəfindən emal edilir və təhlükəsizliyi təmin edilir.
4.2 Son istifadəçilər üçün avtomatik yenilənmələr
Mövcud ödəniş seçimlərimizdən əlavə, Airalo əl ilə yenilənmə ehtiyacı olmadan xidmətlərimizə davamlı çıxış imkanı təklif edir. Bu model fasiləsiz xidmət və rahatlıq axtaran son istifadəçilər üçün nəzərdə tutulur.
Avtomatik xərclər: bu model çərçivəsində hər bir hesablaşma dövrünün əvvəlində son istifadəçilərin internet sərfiyyatı müəyyən həddən aşağı endikdə, yenilənmə xərcləri avtomatik olaraq son istifadəçilərdən üstünlük verdikləri ödəniş metodu vasitəsilə çıxılacaq.
Ləğv edilmə siyasəti: son istifadəçilər istənilən vaxt avtomatik yenilənməni ləğv edə bilərlər. Ləğv edilmə istifadəçilərə hesablaşma dövrü yekunlaşana qədər xidmətdən istifadə etməyə davam etməyə imkan vermək məqsədilə cari hesablaşma dövrünün sonunda qüvvəyə minəcək. Ləğv üçün istifadəçilər parametrlərini birbaşa Airalo hesabından və ya yardım üçün dəstək komandası ilə əlaqə saxlamaqla idarə edə bilərlər.
4.3. Hesab-fakturalar
Airalo Biznes istifadəçilərinə Airalo kreditlərinin istifadəsinə görə hesab-fakturaların təqdim edilməsinə sistemli yanaşma tətbiq edir. Bu yanaşma Tərəfdaş platforması vasitəsilə eSIM kartlarının və başqa Airalo məhsul və xidmətlərinin əldə edilməsinə, balansın artırılmasına tətbiq edilir. Bu proses Airalo ilə onun Biznes istifadəçiləri arasında maliyyə tranzaksiyalarının aydınlığını və hesabatlılığını təmin etmək üçün nəzərdə tutulur.
Airalo sağlam biznes münasibətlərinin qorunması və xidmət təminatının davamlılığı üçün ödənişlərin vaxtında edilməsinin əhəmiyyətini vurğulayır. Biznes istifadəçilərinə hesablaşmada uyğunsuzluqlar və ya ödəniş çətinlikləri halında qarşılıqlı razılaşdıran həll yolu üçün dəstək komandamızla operativ surətdə əlaqə saxlamağı tövsiyə edirik.
4.4. Biznes istifadəçilər üçün fakturalı xətt tranzaksiyaları
Biznes İstifadəçiləri Airalo platformasında Airalo Kreditlərinin alınması ətrafında cəmləşən unikal əməliyyat prosesi həyata keçirirlər. Bu kreditlər platforma daxilində valyuta kimi xidmət edir və Biznes istifadəçilərinə əməliyyat ehtiyaclarına uyğunlaşdırılmış eSIM kartları və balansın artırılması xidmətləri almağa imkan verir. Biznes istifadəçiləri tərəfdaş platformalardakı satınalmalar üçün həmçinin kredit və ya debet kartlarından istifadə etməyi seçə bilərlər.
Airalo kreditlərinin alınması və istifadəsi ilə əlaqədar əlavə məlumat almaq və ya biznesiniz üçün ən münasib ödəniş metodlarını araşdırmaq üçün Biznes istifadəçilərinə Airalo Tərəfdaş Platformasına baş çəkməyi və ya xüsusi dəstək komandamızla əlaqə saxlamağı tövsiyə edirik.
4.5. Biznes istifadəçilər üçün fakturasız xətt tranzaksiyaları
Fakturasız xətt tranzaksiyaları ödənişdən əvvəl eSIM və balansın artırılması paketlərinin rahatlıqla alınmasını təklif etməklə, özündə Biznes istifadəçilərinə uyğunlaşdırılmış çevik ödəniş modeli əks etdirir. Bu yanaşma əməliyyatlarında çeviklik, bağlantı həllərinin idarə edilməsində effektivlik axtaran bizneslərin ehtiyaclarına cavab verir.
Fakturasız xətt tranzaksiyaları Biznes istifadəçilərinə ödəniş öhdəliyi sonrakı tarixlərdə yaranmaqla eSIM, balansın artırılması və başqa Airalo məhsul və xidmətlərini əldə etməyə imkan verir. Bu ödəniş sxeminin xüsusiyyətləri, o cümlədən ödəniş tarixi və şərtləri Airalo tərəfindən təmin edilən hesab-fakturada aydın göstərilir. Bu metod çevik ödəniş imkanı təmin etməklə zəruri xidmətlərə dərhal çıxışı dəstəkləyir.
Airalo fakturasız xətt tranzaksiyaları təklif etməklə, Biznes istifadəçilərinə yüksək çeviklik təmin edir və etimad aşılayır, onlara ödənişlərini maliyyə sahəsindəki iş proseslərinə uyğun qaydada idarə etmək və əməliyyat tələblərini prioritetləşdirməyə imkan verir.
5. XİDMƏT TƏMİNATI
Son istifadəçilər Airalo veb-saytında (https://www.airalo.com) və/və ya Airalo tətbiqində "Mənim eSIM kartlarım" tab-vərəqində aldıqları eSIM kartları görəcəklər. Müştəri satınalmadan sonra təsdiq e-məktubu alacaq. eSIM kartının quraşdırılması üçün bütün məlumatlarla istifadəçinin Airalo hesabında tanış olmaq mümkündür.'.
Biznesin unkal tələblərinə uyğunlaşdırılmış eSIM kartları və balans artımı paketlərinin idarə edilməsi və istifadəsinin asanlaşdırılması üçün Biznes istifadəçilərinin eSIM kartları Tərəfdaş platformasında görünəcək.
Airalo müştərilərin fərqli ehtiyaclarını nəzərə alaraq və seçilən inteqrasiya və istifadə edilən konkret və xidmətlərdən asılı olaraq məhsul və xidmətlərini müxtəlif metodlar vasitəsilə təmin edir.
6. GERİ ÖDƏNİŞ / LƏĞV EDİLMƏ / DÜZƏLİŞ SİYASƏTİ
Müştəri, Airalo tərəfindən meydana gələn bir səhv və ya laqeydlik səbəbindən Xidmətlərdən istifadə edə bilmədiyi halda, geri ödəniş və ya eSIM əvəzi tələb etmək hüququna malikdir. Geri ödəniş tələbi alış tarixindən etibarən otuz (30) gün ərzində edilməlidir; lakin Airalo Müştəri Airalo-ya problem haqqında bildiriş verdikdən sonra 10 gün müddətində Müştərinin Xidmətdən istifadə ilə əlaqədar problemini həll edə bildiyi təqdirdə, geriödəniş öhdəliyi daşımır. Müştəri belə məsələləri həll etməyə çalışarkən Airalo ilə əməkdaşlıq etməyə razıdır və bunu etməməsi və ya etməkdən imtina etməsi halında Airalo-nun hər hansı geri ödəniş öhdəliyi daşımadığını təsdiq edir. Fikir ayrıqlıqlarının qarşısının alınması məqsədilə qeyd edilməlidir ki, Airalo tərəfindən təqdim edilən hər bir internet paketinin öz etibarlılıq müddəti mövcuddur və həmin müddət bitdiyi zaman qalan trafik üçün geri ödəniş təklif edilməyəcək.
Yuxarıda qeyd edilənlərdən asılı olmayaraq, aşağıdakı şərtlər tətbiq edilməlidir:
Geri ödəniş tələb etmək üçün tətbiqdaxili və ya veb-çat vasitəsilə Airalo dəstək komandası ilə əlaqə saxlayın. Nəzərə alın ki, Airalo-nun yuxarıdakı geri ödəniş siyasəti tətbiq ediləcək.
Problemin xarakterindən asılı olaraq geri ödəniş sorğularının dəstəklənməsi üçün Müştəridən texniki problemlərin olduğu cihaz parametrlərinin ekran şəkli və ya hesab-faktura məbləğinin təfərrüatlarını və məbləğin nə üçün yanlış olduğunu, Müştərinin nə qədər ödənilməli olduğunu düşündüyünü göstərməsi və s. kimi əlavə məlumatlar soruşula bilər. Müştərilər ilkin orijinal metodları vasitəsilə və ya hesablarına köçürülən Airmoney formasında vəsaitlərini geri almaq imkanına malikdirlər. Geri ödəniş təsdiq edildikdən və verildikdən sonra onun hesabdan çıxarışda görünməsi bankdan asılı olaraq otuz (30) gün vaxt tələb edə bilər.
Airalo xidmətlərini ticari vasitəçilərdən əldə edən son istifadəçilər Airalo-dan birbaşa geri ödəniş ala bilməzlər. Bu istifadəçilər geri ödəniş sorğuları üçün Airaolo biznes istifadəçilərinə müraciət etməlidirlər. Airalo müştəri məmnuniyyəti məqsədinə sadiqdir, lakin müştərilər birbaşa satış kanallarımız xaricində həyata keçirilən tranzaksiyalar zamanı diler tərəfdaşlarımızın siyasətlərinə əməl etməlidirlər.
Airalo Biznes istifadəçilərinin birbaşa Airalo ilə həyata keçirilən tranzaksiyalara görə geri ödənişləri Airalo kreditləri və ya kredit avizosu vasitəsilə emal edilə bilər. Bu, müştərilərə Airalo platformasında gələcək satınalma və ya xidmətlərdə bu kredit və avizoları tətbiq etmək imkanı verməklə, geri ödənişlərin idarə edilməsi üçün rahat alternativ təklif edir.
7. RƏQƏMSAL VALYUTALARDAN İSTİFADƏ (AIRMONEY KREDİTLƏRİ)
Airmoney və kreditlər Airalo platformasında eSIM-lərin və əlaqədar xidmətlərin alınması üçün Müştərilərə təqdim edilən rəqəmsal valyutalardır
7.1. Airmoney
7.2. Airalo kreditləri
Bu bölmə Airalo-nun rəqəmsal valyutalarından istifadəni, son istifadəçilər üçün Airmoney, biznes istifadəçiləri üçün Airalo kreditlərini tənzimləyən mexanizm və siyasətləri təsvir etməklə, onların Airalo ekosistemi daxilində tətbiqi, üstünlükləri və məhdudiyyətləri aydınlaşdırır.
8. eSIM KARTLARININ TƏKRAR İSTİFADƏSİ VƏ AKTİVLƏŞDİRİLMƏSİ
Airalo optimal xidmətin göstərilməsinin təmin edilməsi üçün eSIM kartlarını təkrar istifadəsini həyata keçirir. eSIM alınan zaman müştərilərdən müəyyən edilən vaxt çərçivəsində eSIM kartını satınalma prosesində təmin edilən aktivləşdirmə təlimatı əsasında aktivləşdirmək tələb olunur. Alınan eSIM kartının təyin edilmiş vaxt çərçivəsində aktivləşdirilməsi istifadəçinin öhdəliyidir. eSIM kartının bu dövr daxilində aktivləşdirilməməsi eSIM kartının keçərsiz olmasına və istifadə edilə bilməməsinə gətirib çıxara bilər.
Etibarlılıq müddəti bitdikdən sonra eSIM yenidən aktivləşdirilə bilməz, istifadəçi işlək eSIM əldə etmək istədikdə, yeni alış həyata keçirməli olacaq. Problemsiz eSIM aktivləşdirmə prosesi üçün istifadəçilərə təmin edilən aktivləşdirmə təlimatlarını nəzərdən keçirmək və onlara əməl etmək tövsiyə edilir.
9. QİYMƏTLƏR VƏ PROMOAKSİYALAR
Qiymətlər dedikdə, Airalo-nun Müştərilərə eSIM paketlərini və əlaqədar xidmətləri təklif etdiyi qiymətlər nəzərdə tutulur. Airalo məhdud müddət eSIM paketlərini aksiya qiymətləri ilə təklif edə bilər. Bu promoaksiyalara xüsusi şərt və qaydalar tətbiq olunur. Promoaksiyanın müddəti, uyğunluq meyarları və əlaqədar şərtlər haqqında promoaksiya müddətində aydın məlumat veriləcək. Əksi bəyan edilmədiyi təqdirdə, promokod yekunlaşdıqdan sonra adi qiymətlər tətbiq ediləcək. Airalo əvvəlcədən bildiriş vermədən öz mülahizəsi əsasında əlaqədar şərt və qaydalar daxil olmaqla, hər hansı promoaksiya qiymətlərinə düzəliş etmək və ya ləğv etmək hüququna malikdir. Promoaksiya qiymətləri haqqında əlavə məlumat və ya izahat almaq istəyən istifadəçilər tətbiq daxili və ya veb-çat vasitəsilə Airalo-nun dəstək komandası ilə əlaqə saxlaya bilərlər.
Son istifadəçilər üçün: veb-saytımızda yerləşdirilən qiymətlər xüsusi olaraq son istifadəçilərə şamil edilir. Son istifadəçilərə qiymət və promoaksiyalar haqqında ən aktual məlumatlarla tanış olmaq üçün veb-saytımıza tez-tez daxil olmağı tövsiyə edirik.
Biznes istifadəçiləri üçün: Biznes istifadəçiləri xüsusi ehtiyaclarına müvafiq qiymət məlumatlarını tapmaq üçün təyin edilmiş platformalara və onlar üçün hazırlanmış məhsullara müraciət etməlidirlər. Bu yanaşma Biznes istifadəçilərinin əməliyyat tələblərinə və biznes miqyasına uyğunlaşdırılmış məlumatları və qiymət strategiyalarını əldə etmələrini təmin edir. Biznes istifadəçiləri əlavə məlumat və ya sorğular üçün dəstək komandası ilə birbaşa əlaqə saxlamağa təşviq edilirlər.
Qiymət və promoaksiya strategiyalarımız göstərdiyimiz xidmətlərin davamlılığının və keyfiyyətinin təmin edilməsi ilə istifadəçilərimizə maksiumum dəyərin təqdim edilməsi üçün tərtib edilib. Qiymətlər və promoaksiyalar haqqında son məlumatlar üçün son istifadəçilər veb-saytımıza müraciət etməlidirlər. Biznes istifadəçiləri isə onlar üçün tərtib olunan Airalo-ya məxsus platformaya yönləndiriləcəklər və ya dəstək komandamızla əlaqə saxlamalıdırlar.
Promoaksiya səylərimizin bir hissəsi kimi Airalo müvafiq Son İstifadəçilərə aşağıdakı şərtlər çərçivəsində ödənişsiz eSIM-in təqdim edildiyi Ödənişsiz "Xoş gəldin" eSIM proqramı daxil olmaqla, müxtəlif promoaksiyalar təklif edir:
10. İSTİFADƏÇİ MƏKANLARININ İZLƏNMƏSİ
Airalo məkan əsaslı xidmətlər təklif etmək və istifadəçi təcrübəsini təkmilləşdirmək üçün GPS koordinatları, IP ünvanı, Wi-Fi qoşulma nöqtələri və mobil rabitə qülləsi məlumatları daxil olmaqla, istifadəçilərin coğrafi məkan məlumarlarını toplaya və emal edə bilər. İstifadəçilər Airalo xidmətlərindən istifadə etməklə bu izlənməyə razılıq verirlər. Məqsədə məkan üçün məxsusi xidmətlərin təmin edilməsi, xidmət keyfiyyətinin təkmilləşdirilməsi və təcrübələrin fərdiləşdirilməsi daxildir. Məkan məlumatları həmçinin məlumatları məxilik haqqında qanunalara müvafiq qaydada işləməli olan üçüncü tərəf təminatçılarla paylaşıla bilər. İstifadəçilər məkan xidmətlərinə cihaz parametrləri vasitəsilə nəzarət edə, lakin müəyyən funksiyalarda məhdudiyyətlərlə rastlaşa bilərlər. Airalo təhlükəsizlik tədbirləri görür, zəruri müddətlərdə məlumatları saxlayır və məlumatların qorunması haqqında müvafiq qanunlara əməl edir. Bu bölmə dəyişiklikləri əks etdirmək məqsədilə yenilənə bilər və istifadəçilər məkanın izlənməsi təcrübələri haqqında sual və ya narahatlıqlarınız üçün Airalo Müştəri Xidməti ilə əlaqə saxlaya bilərlər.
11. YERLİ NORMATİV-HÜQUQİ AKTLARA RİAYƏT
Hər hansı bir ölkədə Airalo xidmətlərindən istifadə edərkən, mobil cihazların qeydiyyatı və telekommunikasiya xidmətlərinin istifadəsi ilə bağlı tələblər daxil olmaqla, bütün müvafiq yerli qanun və qaydalara riayət etməyə razılıq verirsiniz. Airalo, yerli qanunvericiliklə tələb olunduğu halda, belə qaydalara uyğunluğu təmin etmək üçün lazımi hərəkətləri sizin adınıza həyata keçirə bilər.
Bu Şərt və Qaydaları qəbul etməklə, siz fərdi məlumatlarınızın Airalo tərəfindən məlumatların qorunması haqqında yerli qanunlara uyğun olaraq bu məqsədlərlə istifadəsinə razılıq verirsiniz.
11.1 Kolumbiya
12. BƏYANAT VƏ ZƏMANƏTLƏR
Müştəri aşağıdakıları bəyan edir və zəmanət verir: (i) Müştərinin 18 yaşı tamam olub və ya o, yurisdikasiya çərçivəsində qanunla tələb olunan yaşa çatıb və məcburi hüquqi qüvvəyə malik müqavilələr bağlamaq qabiliyyətindədir, (ii) Müştəri bu Razılaşmanı bağlamaq, şərt və qaydalara tabe olmaq üçün hüquq, səlahiyyət və qabiliyyətə malikdir və həmin şərt və qaydalara əməl edəcək. Bu Razılaşmanı şirkət və ya başqa təşkilat adından bağladığı halda Müştəri həmin qurum adından hərəkət etmək və onu bu Razılaşma çərçivəsində öhdəliklə bağlamaq səlahiyyətinə malik olduğunu bəyan edir və buna zəmanət verir.
Müştəri həmçinin bəyan edir və zəmanət verir ki, (i) Müştəri Xidmətlərə çıxış və onlardan istifadə məqsədilə bu Xidmət şərtlərini oxuyub, anlayıb və onlara tabe olmağa razılaşır, (ii) Xidmətlərə çıxış və ya onlardan istifadə zamanı hər hansı müvafiq yerli, dövlət və ya federal qanunvericiliyə, yaxud vərdişlərə uyğun hərəkət edəcək.
Müştəri aşağıdakı qadağan edilmiş fəaliyyətlərin heç birinə yol verməməyə razılıq verir, o cümlədən: (i) Xidmətlərin hər hansı hissəsini, Xidmətlərdə və bu Xidmət Şərtlərində iczə verilənlər xaricində hər hansı daşıyıcıda kopyalamaq, yaymaq və ya açıqlamaq; (ii) Xidmətlərə çıxış üçün “robotlar”, “oflayn oxuducular”, “spayder” daxil olmaqla, lakin bununla məhdudlaşmayaraq hər hansı avtomatlaşdırılmış sistemdən istifadə (Xidmətlərin hər hansı funksionallığı xaricində); (iii) spamın, xoşbəxtlik məktublarının və ya başqa arzolunmaz məktubların göndərilməsi və ya fişinq, saxta sayta yönləndirmə (farminq), saxta səbəbin yaradılması ilə məlumatların əldə edilməsi (pritekst), veb-saytın saxtakarlıq yolu ilə indeksləşdirilməsi (kroulinq), məlumatların "skreypinq" yolu ilə qazılması cəhdləri; (iv) sistemin bütövlüyünə və ya təhlükəsizliyinə müdaxilə, Xidmətləri idarə edən serverlərə və ya serverlərdən hər hansı ötürmənin deşifrə edilməsi; (v) hər hansı beynəlxalq, federal, əyalət və ya dövlət norma, qanun, qayda və ya yerli qətnamələrin şərtlərinin pozulması; (vi) hər hansı qeyri-qanuni məqsədlərin həyata keçirilməsi və ya hər hansı qeyri-qanuni hərəkətdə iştiraka təşviq; (vii) Xidmətlər vasitəsilə etibarsız məlumatların, virus, soxulcan və ya başqa proqram təminatı agentlərinin yüklənməsi; (viii) Airalo-nun və ya başqalarının əqli mülkiyyət hüquqlarının pozulması; (ix) özünü başqa şəxs və ya Müştəri ilə əlaqəli şəxs kimi göstərmək və ya təqdim etməklə dələduzluq etmək, Müştərinin kimliyini gizlətmək və ya gizlətməyə cəhd etmək; (x) Xidmətlərin başqa istifadəçilərinin və ya Xidmətə daxil olanların, Airalo işçi heyətinin təqibi, təhqir olunması, zərərə, sui-istifadəyə, qısanamaya, təhdidə məruz qoyulması və ya başqa üsulla qanuni hüquqlarının pozulması; (xi) Xidmətlərin işinə, təhlükəsizliyinə və ya düzgün funksiya göstərməsinə müdaxilə və ya bunları təhdid edən hər hansı fəaliyyətə yol vermək; (xii) virusların və ya başqa hər hansı zərərli kod növünün yüklənməsi və ya ötürülməsi; (xiii) xidmətlərin təmin edilməsi üçün istifadə edilən hər hansı proqram təminatı və ya alqoritmlərin deşifrə, demontaj və ya əksinə mühəndisliyinə cəhd etmək; (xiv) Airalo-nun hər hansı məzmunun istifadəsinin və ya kopyalanmasının qarşısını almaq və ya məhdudlaşdırmaq, Xidmətlərdən və ya ona daxil olan məzmnundan istifadəyə məhdudiyətlərin tətbiqi daxil olmaqla, Airalo-nun Xidmətlərə çıxışı əngəlləmək və ya məhdudlaşdırmaq üçün istifadə edə biləcəyi təhlükəsizlik funksiyalarından və ya tədbirlərindən yan keçmək; (xv) Hesablara icazəsiz giriş və ya başqalarının fərdi məlumatlarını toplamaq və ya izləmək cəhdləri; (xvi) Xidmətlərdən hər hansı üçüncü tərəfin hüquqlarını pozmaq məqsədilə və ya pozacak şəkildə istifadə və ya (xvii) hər hansı başqa fərdi yuxarıda qeyd edilən hərəkətlərdən hər hansını etməyə təşviq etmək və ya bunun üçün şərait yaratmaq.
Müştəri bununla bəyan edir və zəmanət verir ki, məlumatın aşağıda göstərilən qaydada vaxtında və tam olaraq Airalo-ya açıqlandığı hallar, o, Xidmətlərdən jurnalistika, araşdırma və ya başqa qanunsuz məqsədlə istifadə, istifadə etmək istəyi və ya niyyyəti daxil olmaqla, Xidmətlərlə əlaqədar Airalo-nun ağlabatan əsaslarla bilmək istəyəcəyi hər hansı motivasiya, status və ya maraq çərçivəsində istifadə etmir. Müştəri bununla bəyan edir və zəmanət verir ki, qeydiyyatdna əvvəl və ya Xidmətlərdən istifadəsi zamanı meydana gəldiyi halda o, hər hansı belə motivasiya, status və ya maraq haqqında Airalo-ya dərhal yazılı açıqlama verməlidir.
Tətbiqi quraşdırmaqla Müştəri Tətbiqin, Xidmətlər vasitəsilə başladılan hər hansı yenilənmə və ya yeni versiyaların quraşdırılmasına razılıq verir. Tətbiq (hər hansı yenilənmə və ya yeni versiyalar daxil olmaqla) (i) Müştərinin cihazının Tətbiqin funksiyalarının təmin edilməsi və istifadə göstəriclərinin qeydə alınması üçün Airalo serverləri ilə avtomatik əlaqə yaratmasına səbəb ola, (ii) Tətbiqlə əlaqədar tərcihlərə və ya Müştərinin cihazında məlumatların saxlanmasına təsir edə, (iii) məkan məlumatları daxil olmaqla, Airalo-nun Məxfilik siyasətində müəyyən edilən fərdi məlumatları toplaya bilər. Müştəri Tətbiqi istənilən vaxt silə bilər.
13. LƏĞV EDİLMƏ VƏ DAYANDIRILMA
Əksi Müştəri və Airalo arasında yazılı qaydada razılaşdırılmadığı halda tərəflərdən hər hansı bu Xidmət şərtlərinə istənilən vaxt, hər hansı səbəbdən və ya səbəbsiz xitam verə bilər. Müştəri istənilən vaxt Xidmətlər çərçivəsində təklif edilən xüsusiyyətlərdən istifadə etməklə (mövcud və müvafiq olduqda) və ya dəstək xidmətimizə yazılı bildiriş təqdim etməklə hesabını ləğv edə və silə bilər. Hesabı ləğv etdikdən sonra Müştərinin artıq hesabına, profilinə və ya Xidmətlər vasitəsilə hər hansı başqa məlumata çıxışı olmayacaq. Bu Xidmət şərtlərinin Razılaşmanın belə ləğv edilməsindən sonra qüvvədə qalması nəzərdə tutulan müddəaları, o cümlədən zəmanətlərdən imtina, öhdəliklərin məhdudlaşdırılması, zərərin əvəzinin ödənilməsi ilə əlaqədar müddəalar bu Xidmət şərtlərinin hər hansı ləğvindən, Müştərinin Xidmətlərdən istifadəsinin və ya abunəliyinin ləğvindən sonra qüvvədə qalmalı və məhdudiyətsiz müddətdə tətbiq edilməlidir.
İstənilən vaxt hər hansı səbəbdən hər hansı şəxsin Xidmətlərdən istifadəsini rədd etmək hüququnu özümüzdə saxlayırıq. Airalo Müştərinin bu Müqavilənin hər hansı müddəasını pozduğuna inandıqda və ya bunu araşdırdıqda, yazılı və ya e-poçt vasitəsilə bildiriş təqdim etməklə Müştərinin Xidmətlərdən istifadə hüququnu ləğv edə və ya məhdudlaşdıra bilər. Belə ləğv və ya məhdudlaşdırma bildiriş təqdim edildikdən sonra dərhal qüvvəyə minir. Airalo bu bölməyə uyğun olaraq, Müştərinin Xidmətlərdən istifadə hüququnu ləğv etdikdə və ya məhdudlaşdırdıqda, üçüncü tərəf adından çıxış etdikdə belə, Müştəriyə öz adıyla, saxta adla və ya başqasının adı ilə, yaxud hər hansı üçüncü tərəfin adı ilə qeydiyyadan keçmək və yeni hesab yaratmaq qadağandır.
Hətta Müştərinin Xidmətlərdən istifadə hüququ ləğv edildikdən və ya məhdudlaşdırıldıqdan sonra belə, bu Müqavilə Müştəriyə münasibətdə öz qüvvəsini saxlayacaq. Airalo bu Xidmət şərtlərinin 20-ci bölməsinə uyğun olaraq, arbitraja müraciət daxil olmaqla, lakin bununla məhdudlaşmayaraq müvafiq hüquqi tədbir görmək hüququnu özündə saxlayır.
Airalo Xidmələri bütünlükdə və ya qismən, müvəqqəti və ya daimi dəyişdirmək və ya dayandırmaq hüququna malikdir. Airalo Xidmətlərin tam və ya qismən dəyişdirilməsinə və ya dayandırılmasına görə Müştəri qarşısında məsuliyyət daşımər. Airalo Xidmətin təhlükəsizliyinə və bütövlüyünə təhlükə yarada biləcəyinə inandıqda, yaxud öz mülahizəsi əsasında hər hansı başqa ağlabatan biznes məsələsi ilə əlaqədar olaraq belə məhdudlaşdırmanın zəruri olduğuna inandıqda, istənilən şəxsin Airalo istifadəçisi kimi qeydiyyatı tamamlama imkanını məhdudlaşdırmaq hüququna malikdir.
Müştərinin hesabının ləğv edilməsindən və ya dayandırılmasından sonra, işlərin normal gedişatı çərçivəsində Müştərinin bütün məlumatlarını silmək hüququnu özümüzdə saxlayırıq. Hesabı ləğv edildikdən sonra Müştərinin məlumatları bərpa edilə bilməz.
14. ÜÇÜNCÜ TƏRƏF VEB-SAYTLARINA KEÇİDLƏR
Xidmətlərə üçüncü tərəf veb-saytlarına aparan linklər (məsələn, hiperlinklər) daxil ola bilər. Belə keçidlər Airalo-nun təqdirini və ya onun bu veb-saytlar və ya onların məzmunu, yaxud operatorları ilə əlaqəsinin mövcudluğunu bildirmir. Belə linklər (Xidmətdə uyğunlaşdırılmış dizaynda göstərilən kənar veb-saytlar, eləcə də onalarla əlaqədar göstərilən hər hansı reklam daxil olmaqla, lakin onlarla məhdudlaşmadan) yalnız istinad və rahatlıq məqsədilə məlumat üçün təqdim edilir. Airalo hər hansı belə veb-sayta nəzarət etmir, onların (i) mövcudluğuna və ya dəqiqliyinə, yaxud (ii) məzmununa, reklamlarına, məhsullarına və ya xidmətlərinə cavabdeh deyil. Başqa veb-saytlardan əldə edilən məzmunu və məlumatın faydalılığnı qiymətləndirmək Müştərinin öhdəliyidir. Müştəri Airalo-nun üçüncü tərəf veb-saytlarının yaradılmasında və ya işlənməsində iştirak etmədiyini üçüncü tərəf veb-saytları ilə əlaqədar hər hansı məsuliyyət qəbul etmədiyini, üçüncü tərəf veb-saytları ilə əlaqədar və ya onlardan irəli gələn iddialara görə cavabdeh hesab edilə bilməyəcəyini təsdiq və qəbul edir. Bundan əlavə, Müştəri təsdiq və qəbul edir ki, Airalo üçüncü tərəf veb-saytlarına keçidləri izləmək, qiymətləndirmək və ya kənarlaşdırmaq öhdəliyi daşımır, lakin Xidmətlər daxilində üçüncü tərəf veb-saytlarına linkləri öz müstəqil mülahizəsi əsasında məhdudlaşdırmaq və ya kənarlaşdırmaq hüququnu özündə saxlayır.
Üçüncü tərəflərin nəzarət etdiyi, sahib olduğu və ya işlətdiyi hər hansı veb-saytdan istifadə həmin veb-saytların istifadə şərtləri və qaydaları və məxfilik siyasətləri ilə tənzimlənir. Müştəri belə veb-saytlara riski öz üzərinə götürməklə daxil olur. Airalo Xidmətlər daxilində görünə biləcək linklərlə əlaqəli hər hansı veb-sayt və ya başqa materialların istifadəsi və/və ya baxılması ilə əlaqədar və ya bundan irəli gələn hər hansı məsuliyyəti qəbul etmir. Bununla Müştəri Airalo-nu Xidmətlər daxilində görünə biləcək linklərin istifadəsindən irəli gələ biləcək hər hansı məsuliyyətdən kənarda saxlamağa razılaşır.
Xidmətlərin funksiyonalığının bir hissəsi kimi, Müştərinin Üçüncü tərəf hesabından istifadəsini tənzimləyən müvafiq şərt və qaydalarda icazə verilən çərçivədə Müştəri Hesabını üçüncü tərəf xidmət təminatçıları, məsələn, Facebook, Instagram və ya digər üçüncü tərəf xidmət təminatçıları ilə olan onlayn hesabları ilə əlaqələndirə bilər (hər belə hesab, “Üçüncü Tərəf Hesabı”) (i) Üçüncü Tərəf Hesabına aid giriş məlumatlarını Xidmətlər vasitəsilə təqdim etməklə və ya (ii) Airalo-ya Müştərinin Üçüncü Tərəf Hesabına daxil olmaq üçün icazə verməklə. Airalo-ya istənilən Üçüncü Tərəf Hesablarına daxil olmağa icazə verməklə, Müştəri başa düşür ki, (1) Airalo Müştərinin Üçüncü Tərəf Hesabında təqdim etdiyi və saxladığı hər hansı məzmunu (“SNS Məzmunu”) daxil etməyi, əlçatan etməyi və saxlamağı (əgər tətbiq olunarsa) təmin edə bilər ki, Müştərinin Hesabı vasitəsilə və Xidmətlərdə əlçatan olsun, dost siyahıları daxil olmaqla, lakin bununla məhdudlaşmamaqla, və (2) Müştərinin Hesabı Üçüncü Tərəf Hesabı ilə əlaqələndirildikdə Müştəri bu barədə bildiriş alanda ölçüsü ilə məlumat təqdim edə və ala bilər. Airalo-ya hər hansı Üçüncü tərəf hesablarına giriş təqdim edən zaman Müştəri başa düşür ki, (1) Airalo Müştərinin Üçüncü tərəf hesabına təqdim etdiyi və saxladığı hər hansı məzmuna (“SNS Məzmunu”) çıxış əldə edə, həmin məzmunu (müvafiq hallarda) saxlaya bilər (hər hansı dost siyahısı daxil olmaqla, lakin onunla məhdudlaşmadan Xidmətlər vasitəsilə və Xidmətlərdə məzmunu təqdim etmək üçün), (2) Müştərinin Hesabı Üçüncü Tərəf Hesabı ilə əlaqələndirildikdə, Müştərinin bu barədə bildiriş alması şərtilə Airalo Müştərinin Üçüncü tərəf hesabına əlavə məlumat təqdim edə və əlavə məlumat ala bilər. Müştərinin seçdiyi Üçüncü Tərəf Hesablarından və Müştərinin həmin Üçüncü Tərəf Hesablarında təyin etdiyi məxfilik parametrlərindən asılı olaraq Müştərinin Üçüncü Tərəf Hesablarına təqdim etdiyi, kimliyin müəyyən edilməsinə imkan verən məlumat Müştərinin Hesabı vasitəsilə Xidmətlərdə və ya Xidmətlər vasitəsilə əlçatan ola bilər. Nəzərə alın ki, Üçüncü tərəf hesabı və ya onunla əlaqədar xidtmət əlçatmaz olarsa, yaxud Airalo-nun belə Üçüncü tərəf hesabına çıxışı üçüncü tərəf xidmət provayderi tərəfindən ləğv edilərsə, o halda SNS məzmunu artıq Xidmətlərdə və ya Ximdətlər vasitəsilə əlçatan olmaya bilər. Müştərinin Xidmətlərdəki Hesabı ilə Müştərinin Üçüncü tərəf Hhsabları arasındakı əlaqəni aşağıda göstərilən qaydada istənilən vaxt deaktiv etmək imkanı olacaq. NƏZƏRƏ ALIN Kİ, MÜŞTƏRİNİN ÜÇÜNCÜ TƏRƏF HESABLARI İLƏ ƏLAQƏDAR ÜÇÜNCÜ TƏRƏF PROVAYDERLƏRİ İLƏ MÜNASİBƏTİ YALNIZ MÜŞTƏRİNİN HƏMİN ÜÇÜNCÜ TƏRƏF PROVAYDERLƏRİ İLƏ RAZILAŞMASI VƏ YA RAZILAŞMALARI ƏSASINDA TƏNZİMLƏNİR. Airalo dəqiqlik, qanunilik və ya qaydaların pozulmaması daxil olmaqla, lakin bunlarla məhdudlaşmadan hər hansı məqsədlə hər hansı SNS məzmununu yoxlamaq üçün heç bir cəhd göstərmir və Airalo hər hansı SNS Məzmununa görə məsuliyyət daşımır.
15. ƏQLİ MÜLKİYYƏT HÜQUQLARI
İstifadəçilərin Xidmətlər vasitəsilə gördükləri və ya oxuduqları bütün mətn, qrafik material, redaksiya məzmunu, məlumatlar, format, qrafika, dizayn, HTML, zahiri görünüş, yaratdığı hissiyyat, fotoşəkillər, musiqi, səs, şəkillər, proqram təminatı, videolar, dizayn, əmtəə nişanları, loqotiplər, şriftlər və başqa məzmun (bundan sonra birlikdə “Xüsusi məzmun” adlandırılacaq) Airalo-nun mülkiyyətidir. Xüsusi materiallar hazırda bilinən və bundan sonra hazırlanacaq bütün media və texnologiya formalarında qorunur. Airalo zamanla edilən düzəlişlər daxil olmaqla, ABŞ-nin müəllif hüquqları haqqında qanununa uyğun olaraq, Kollektiv iş qismində belə Xüsusi Materialların, eləcə də onların koordinasiyası, seçimi, təşkili və təkmilləşdirməsi proseslərinin sahibidir. Xüsusi Materiallar müəllif hüquqları, patentlər və digər mülkiyyət hüquqlarını tənzimləyən ölkədaxili və beynəlxalq qanunlarla qorunur. Müştəri Airalo-nun əvvəlcədən birmənalı yazılı razılığı olmadan Xidmətlərdən nəyisə kopyalaya, endirə, istifadə edə, yenidən dizayn edə, yenidən konfiqurasiya edə və ya yenidən ötürə bilməz.
Belə Xüsusi Materiallardan Airalo-nun əvvəlcədən yazılı icazəsi olmadan (bu sənəddə icazə verilənlər istisna olmaqla) hər hansı istifadə birmənalı olaraq qadağandır.
Airalo və Airalo loqotipləri daxil olmaqla, lakin onlarla məhdudlaşmadan Airalo-nun xidmət və əmtəə nişanları Airalo-ya məxsus olan xidmət nişanlarıdır. Xidmətlər vasitəsilə görünən hər hansı başqa əmtəə, xidmət nişanları, loqotiplər və/və ya ticarət adları müvafiq sahiblərinin mülkiyyətidir. Müştəri bu nişan, loqotip və ya ticarət adlarının hər hansından sahibinin əvvəlcədən yazılı və açıq razılığı olmadan istifadə edə və ya onların surətinı çıxarda bilməz.
Əlavə olaraq, Müştəri Airalo Xidmətlərinin və ya məhsullarının necə təkmilləşdirilməsi barədə fikirlər və ya rəylər daxil olmaqla, Xidmətlərlə bağlı şərhlər, fikirlər və ya rəy (“Rəy”) təqdim etməyi seçə bilər və ya Airalo Müştərini bunları etməyə dəvət edə bilər. Müştəri hər hansı Rəy təqdim edən zaman onun təmənnasız, tələb edilmədən və məhdudiyətsiz şəkildə açıqlanmasına və Airalo üzərinə hər hansı fidusiar və ya başqa öhdəlik qoymadığına, Airalo-nun Müştəriyə hər hansı əlavə kompensasiya təqdim etmədən Rəydən istifadə etməkdə azad olduğuna və/və ya Rəyi qeyri-məxfi əsasla və ya başqa qaydada hər hansı şəxslə paylaşmasına razılıq verir. Müştəri həmçinin təsdiq edir ki, materialları qəbul etməklə Airalo əvvəlcədən ona məlum olan, əməkdaşları tərəfindən hazırlanan və ya Müştəri xaricindəki mənbələrdən əldə edilən bənzər və ya əlaqəli Rəydən istifadə etmək hüququndan imtina etmir. Müştəri bizə təqdim etdiyi bütün e-məktub və başqa yazışma materiallarının Airalonun ekslüziv mülkiyyəti olacağını təsdiq edir.
Bu sənədin şərtlərinə uyğun olaraq, bununla Müştəriyə Xidmətlərə məhdudiyətsiz, eksklüziv olmayan, başqasına ötürülə bilməyən, sərbəstcə geri alına biləcək çıxış və onlardan istifadə lisenziyası verilir. Airalo bu lisenziyanı istənilən vaxt hər hansı səbəbdən və ya səbəbsiz ləğv edə bilər. Xidmətlər tərəfindən yaradılan proqram təminatı, şəkillər, mətn, qrafika, illüstrasiya, loqotip, patentlər, ticarət nişanları, xidmərt nişanları, hesabatlar daxil olmaqla, lakin onlarla məhdudlaşmadan Xidmətlər və ona daxil olan və ya onun vasitəsilə ötürülən bütün materiallar və onlarla əlaqədar müəllif hüquqları (“Airalo məzmunu”) və (aşağıda tərifi verilən) bütün əqli mülkiyyət hüquqları Airalo-nun və müvafiq hallarda olnun lisenziarlarının eksklüziv mülkiyyətidir. Bu Razılaşmada birmənalı olaraq nəzərdə tutulan hallar istisna olmaqla, bu Razılaşmanın heç bir müddəası hər hansı belə Əqli mülkiyyət hüququ çərçivəsində lisenziya hesab edilməməlidir, Müştəri Xidmətlərdə əlçatan olan hər hansı material və ya məzmunu satmamağa, lisenziyalaşdırmamağa, icarəyə verməməyə, dəyişməməyə, ictimai şəkildə yaymamağa, nümayiş etdirməməyə, dərc etməməyə, uyğunlaşdırmamağa, redaktə etməməyə və törəmə məhsul yaratmamağa razılıq verir. Xidmətlərdəki Airalo məzmunu və ya materiallarından bu Razılaşmada birmənalı olaraq icazə verilməyən hər hansı məqsədlə istifadə qəti qadağandır. Bu Razılaşmanın məqsədləri çərçivəsində “Əqli mülkiyyət hüquqları” dedikdə, hər hansı dövlət, ölkə, ərazi və ya yurisdiksiya çərçivəsində hazırda mövcud olan və ya gələcəkdə yarana biləcək bütün patent hüquqları, müəllif hüquqları, sxem hüquqları, mənəvi hüquqlar, ictimai kimlik hüquqları, əmtəə nişanı, əmtəə görünüşü, xidmət nişanı hüquqları, reputasiya, ticarət sirri hüquqları və başqa əqli mülkiyyət hüquqları, onların hər hansı tətbiqi və qeydiyyatı, yenilənməsi, müddətlərinin uzadılması daxildir.
Müştərinin Xidmətlərdən istifadəsi və bu sənəd çərçivəsində verilən əlaqədar lisenziyalar həmçinin Müştərinin müxtəlif müvafiq təlimatların hərf və ruhuna, Müştərinin Tətbiqdən istifadəsi ilə əlaqədar son istifadəçi lisenziyasına ciddi uyğunluqla şərtlənməlidir. Airalo istənilən vaxt öz müstəqil mülahizəsi əsasında belə təlimatlara düzəliş edə bilər. Airalo Müştərinin müvafiq təlimatlardan hər hansını pozduğunu müəyyən etdiyi halda Müştərinin hesabını və Xidmətlərə çıxışını ləğv etmək hüququna malikdir.
16. MÜƏLLİF HÜQUQU İLƏ ƏLAQƏDAR ŞİKAYƏTLƏR VƏ MÜƏLLİF HÜQUQU AGENTİ
Airalo başqalarının əqli mülkiyyətinə hörmətlə yanaşır və istifadəçilərdən də eyni yanaşmanı gözləyir. Xidmətlər daxilində və ya onlarla əlaqədar təmin edilmiş hər hansı materialın Müştərinin müəllif və ya başqa əqli mülkiyyət hüququnu pozduğuna inandıqda, aşağıdakı məlumatı [email protected] e-poçt ünvanı vasitəsilə Airalo-nun müəllif hüququ agentinə aşağıdakı məlumatları göndərməyi xahiş edirik.
17. MƏXFİ MƏLUMAT
Müştəri təsdiq edir ki, (tərifi aşağıda müəyyən edilən) Məxfi məlumat Airalo-nun qiymətli, xüsusi və unikal aktividir və bu Xidmət şərtlərinə uyğun olaraq, Xidmətlərdən istifadə xaricində hər hansı məqsədlə hər hansı Məxfi məlumatı açıqlamayacağı, ötürməyəcəyi, istifadə etməyəcəyi (və ya başqalarını açıqlamağa, ötürməyə və ya istifadəyə təşviq etməyəcəyi) ilə razılaşır. Müvafiq hallarda Məxfi məlumatın qorunması üçün öhdəlik götürmələri şərtilə Müştəri Məxfi məlumatı səlahiyyətli əməkdaşlarına və agentlərinə açıqlaya bilər. Müştəri Məxfi məlumarın icazəsiz açıqlanması, ötürülməsi və ya istifadəsini təşkil edə biləcək hər hansı şərait haqqında Airalo-ya dərhal yazılı bildiriş verməlidir. Müştəri Məxfi Məlumatı icazəsiz açıqlama, ötürülmə və ya istifadədən qorumaq üçün əlindən gələni etməlidir. Bu razılaşmaya hər hansı səbəbdən xitam verilməsi halında Müştəri Məxfi Məlumatın daxil olduğu hər hansı orijinal materialı və ya onun hər hansı surətini Airalo-ya qaytarmalıdır.
“Məxfi məlumat”” dedikdə, Arialo-nun bütün ticarət sirləri, məxfi və xüsusi məlumatlar, eləcə də ümumi mənada ictimaiyyətə, yaxud istifadə və ya açıqlamadan iqtisadi və ya başqa dəyər götürə biləcək başqa üçüncü tərəflərə məlum olmayan başqa məlumatlar və verilənlər nəzərdə tutulur. Məxfi məlumatlara texniki məlumatlar, nou-hau, araşdırma, məhsul planları, məhsullar, xidmətlər, müştərilər, bazarlar, proqram təminatı, irəliləyişlər, ixtiralar, proseslər, düsturlar, texnologiya, dizaynlar, çertyojlar, mühəndislik, aparat konfiqurasiyası məlumatları, marketinq, maliyyə, strateji və başqa xüsusi və məxfi məlumat və Airalo və ya Airalo biznesi, əməliyyatları və ya mülkiyyəti ilə əlaqəli o cümlədən Airalo işçi heyəti, istifadəçiləri və ya tərəfdaşlarına məxsus, yaxud yazılı, şifahi formada, yaxud çertyoj və ya müşahidə yolu ilə birbaşa və ya dolayı yolla açıqlanan başqa biznes məlumatları daxilidir.
18. TƏMİNATLARDAN İMTİNA
XİDMƏTLƏR TİCARƏTƏ YARARLILIQ ZƏMANƏTLƏRİ VƏ ŞƏRTLƏRİ, XÜSUSİ MƏQSƏD ÜÇÜN UYĞUNLUQ VƏ HÜQUQLARIN POZULMAMASI DAXİL OLMAQLA, LAKİN BUNUNLA MƏHDUDLAŞMADAN BİRBAŞA VƏ YA DOLAYI HƏR HANSI NÖV ZƏMANƏT VƏ YA ŞƏRT OLMADAN “OLDUĞU KİMİ” TƏMİN EDİLİR. AİRALO XİDMƏTLƏR VASİTƏSİLƏ TƏMİN EDİLƏN MƏZMUNUN VƏ YA XİDMƏTLƏRDƏ LİNK VERİLƏN HƏR HANSI SAYTIN MƏZMUNUNUN DƏQİQLİYİ VƏ YA TAMLIĞI HAQQINDA HƏR HANSI BƏYANAT VƏ YA ZƏMANƏT VERMİR VƏ AŞAĞIDAKILARLA ƏLAQƏDAR MÜQAVİLƏ, ZƏMANƏT YAXUD DELİKT ÜZRƏ HƏR HANSI ÖHDƏLİK VƏ YA MƏSULİYYƏT QƏBUL ETMİR (I) MƏZMUNDA SƏHVLƏR, XƏTALAR VƏ YA QEYRİ-DƏQİQLİKLƏR, (II) MÜŞTƏRİNİN XİDMƏTLƏRƏ ÇIXIŞINDAN VƏ ONLARDAN İSTİFADƏSİNDƏN İRƏLİ GƏLƏN HƏR HANSI XARAKTERLİ BƏDƏN XƏSARƏTİ VƏ YA MÜLKİYYƏTƏ DƏYƏN ZƏRƏR, (III) AİRALO-NUN TƏHLÜKƏSİZ SERVERLƏRİNƏ HƏR HANSI ÇIXIŞ VƏ YA ONLARDAN İSTİFADƏ VƏ/VƏ YA ORADA SAXLANAN HƏR HANSI FƏRDİ MƏLUMAT VƏ /VƏ YA MALİYYƏ MƏLUMATINA ÇIXIŞ VƏ YA ONLARDAN İSNTİFADƏ; (IV) AİRALO-NUN AĞLABATAN NƏZARƏTİ XARİCİNDƏ OLAN HADİSƏLƏR.
HEÇ BİR HALDA AİRALO, ONUN AFİLƏ EDİLMİŞ ŞƏXSLƏRİ VƏ KORPORATİV TƏRƏFDAŞLARI MÜŞTƏRİNİN XİDMƏTLƏRDƏN İSTİFADƏSİNDƏN VƏ YA İSTİFADƏ EDƏ BİLMƏMƏSİNDƏN İRƏLİ GƏLƏN HƏR HANSI BİRBAŞA, DOLAYI, TƏSADÜFİ, FAKTİKİ, İQTİSADİ, XÜSUSİ VƏ YA CƏRİMƏ XARAKTERLİ ZƏRƏRLƏRƏ (MƏNFƏƏT, MƏLUMAT, REPUTASİYA İTKİSİ, XİDMƏTDƏ FASİLƏNİN YARANMASI, KOMPÜTERƏ ZƏRƏRN TOXUNMASI, SİSTEMİN SIRADAN ÇIXMASI, AİRALO TƏRƏFİNDƏN SAXLANAN VƏ YA ÖTÜRÜLƏN HƏR HANSI İNFORMASİYANIN VƏ BAŞQA MƏZMUNUN SAXLANA BİLMƏMƏSİ, YAXUD ƏVƏZLƏYİCİ MƏHSUL VƏ YA XİDMƏTLƏRİN XƏRCİ DAXİL OLMAQLA, LAKİN BUNLARLA MƏHDUDLAŞMADAN) GÖRƏ MƏSULİYYƏT DAŞIMIRLAR. BƏZİ YURİSDİKSİYALAR TƏSADÜFİ VƏ YA DOLAYI ZƏRƏRLƏRİN İSTİSNA EDİLMƏSİNƏ VƏ YA MƏHDUDLAŞDIRILMASINA İCAZƏ VERMİR, BUNA GÖRƏ DƏ YUXARIDAKI MƏHDUDİYYƏTLƏR BÜTÖVÜKDƏ MÜŞTƏRİYƏ ŞAMİL EDİLMƏYƏ BİLƏR.
YUXARIDA QEYD EDİLƏN İSTİSNALARA BAXMAYARAQ, AİRALO-NUN, ONUN AFİLƏ EDİLMİŞ ŞƏXSLƏRİNİN VƏ YA KORPORATİV TƏRƏFDAŞLARININ ZƏRƏRƏ GÖRƏ ÖHDƏLİK DAŞIDIQLARI MÜƏYYƏN EDİLƏRSƏ, HEÇ BİR HALDA ÜMUMİ ÖHDƏLİK, MÜQAVİLƏ, DELİKT HÜQUQU VƏ YA CİDDİ ÖHDƏLİK VƏ YA BAŞQA ƏSASA SÖYKƏNDİYİNDƏN ASILI OLMAYARAQ (I) MÜŞTƏRİNİN İDDİANIN MEYDANA GƏLDİYİ VAXTDAN ƏVVƏL ALTI AY MÜDDƏTİNDƏ AİRALO-YA ÖDƏDİYİ ÜMUMİ HAQDAN VƏ YA (II) MÜVAFİQ QANUNVERİCİLİYİN İCAZƏ VERDİYİ ÇƏRÇİVƏDƏ YÜZ ABŞ DOLLARINDAN ($100) YÜKSƏK OLMAMALIDIR.
19. TƏZMİNAT
Bununla Müştəri Airalo-nu, onun vəzifəli şəxslərini, direktorlarını, agentlərini, vəkillərini, sığortaçılarını, varislərini və hüquqi vərəsələrini (i) Müştərinin Xidmətlərdən istifadəsi və ya istifadə edə bilməməsi və ya (ii) Müştərinin bu Razılaşmanın şərtlərini pozması; (iii) Müştərinin hər hansı qanunu və hər hansı istifadəçi, yaxud üçüncü tərəfin hüquqlarını pozması və (iv) Müştəri tərəfindən və ya Müştərinin hesabından istifadə edilməklə Xidmətlərdə üçüncü tərəfin əqli mülkiyyət hüquqlarını pozan və ya başqa üsulla qeyri-qanuni olan məzmun daxil olmaqla, (lakin bununla məhdudlaşmada) təqdim edilən hər hansı məzmunla əlaqədar yaranan hər hansı öhdəlikdən qorumağa, azad etməyə və kənarda saxlamağa razılıq verir. Müştəri həmçinin öhdəlikdən azad edilən tərəfləri Müştərinin proqram təminatı robotlarından, veb-saytların indeksləşdirilməsindən (spayder), veb-saytın saxtakarlıq yolu ilə indeksləşdirilməsindən (kroulinq), yaxud bənzər məlumatların toplanması və götürülməsi alətlərin istifadəsindən irəli gələn öhdəliklərdən və ya Müştərinin Airalo infrastrukturunda ağlabatan olmayan yük və ya borc yaradan hər hansı başqa hərəkətinin səbəb olduğu öhdəlikdən azad etməyə razılıq verir. Airalo öz müstəqil mülahizəsi əsasında öhdəliyin Müştəriyə aid olduğu hər hansı məsələdə eksklüziv müdafiə və ya qərar qəbulunu öz hesabına öz üzərinə götürmək hüququnu özündə saxlanır. Müştəri heç bir halda Airalo-nun əvvəlcədən yazılı razılığı olmadan hər hansı iddianı və ya məsələni həll etməməlidir.
20. MÜBAHİSƏLƏRİN HƏLLİ – ARBİTRAJ VƏ KOLLEKTİV İDDİALARDAN İMTİNA
BU BÖLMƏNİ DİQQƏTLƏ OXUYUN, BELƏ Kİ, O, MÜŞTƏRİNİN QANUNİ HÜQUQLARINA TƏSİR EDİR, MÜŞTƏRİ VƏ AIRALO-NUN BİR-BİRİNƏ QARŞI NECƏ İDDİA İRƏLİ SÜRƏ BİLƏCƏKLƏRİNİ TƏNZİMLƏYİR. BU BÖLMƏ MƏHDUD İSTİSNALARLA MÜŞTƏRİDƏN VƏ AIRALO-DAN BİR-BİRLƏRİNƏ QARŞI İDDİALARI MƏCBURİ QÜVVƏYƏ MALİK VƏ YEKUN ARBİTRAJA FƏRDİ QAYDADA TƏQDİM ETMƏYİ TƏLƏB EDİR.
Müştərinin Xidmətlərdən istifadəsindən irəli gələn və ya onunla əlaqəli hər hфnsı mübahisə və ya iddia halında Müştəri [email protected] ünvanı vasitəsilə Airalo lə əlaqə saxlayacağı ilə razılaşır, Airalo isə məsələnin birbaşa yazılı qaydada həll edilməsi üçün təmiz vicdanla cəhd edəcək. Müştəri məsələ bildiriş verildikdən sonra (sifarişli poçtla və ya şəxsən təhvil verilməklə) 30 gün müddətində həll olunmamış qaldığı halda bu məsələnin aşağıdakı tərifə əsasən “Mübahisə” hesab olunacağı ilə razılaşır. Aşağıdakı “Məcburi qüvvəyə malik arbitraj” bölməsində təsvir olunan qadağanedici və ya başqa ədalətli məhkəmə müdafiəsi tədbirləri hüququ istisna olmaqla Müştəri hər hansı arbitraj iddiasını və ya hər hansı inzibati və ya hüquqi iddianı mediasiya vasitəsilə həll etməyə cəhd göstərməmişdən əvvəl təqdim edərsə, o halda başqa qaydalara əsasən, bu hüquqa malik olsa belə, vəkil xərclərinin ödənilməsi hüququndan məhrum olacağı ilə razılaşır.
Məcburi Hüquqi Qüvvəyə Malik Arbitraj. Müştəri və Airalo bu Razılaşmadan və ya Müştərinin Xidmətlərdən istifadəsindən irəli gələn və ya bunlarla əlaqədar hər hansı mübahisə, iddia və ya fikir ayrılığının (birlikdə ’Mübahisələr”” adlandırılacaqlar) məcburi qüvvəyə malik arbitraj qaydasında həll ediləcəyi ilə razılaşırlar, bunun xaricində hər bir tərəf hansısa tərəfin müəllif hüquqlarının, əmtəə nişanlarının, ticarət sirlərinin, patent və ya başqa əqli mülkiyyət hüquqlarının faktiki və ya potensial pozuntusunun, qanunsuz mənimsənilməsinin qarşısını almaq üçün səlahiyyətli yurisdiksiya məhkəməsində qadağanedici və ya başqa ədalətli müdafiə tədbiri əldə etməyə çalışmaq hüququnu özündə saxlayır. Bu o deməkdir ki, həm Müştəri, həm Airalo işin andlıların iştirakı ilə baxılması hüququndan imtina edəcəkləri ilə razılaşırlar. Yuxarıda qeyd edilənlərə baxmayaraq, “kiçik iddialar” məhkəməsinin qaydalarına uyğun olduqda, kollektiv və təmsilçilik iddiası olmadan fərdi qaydada irəli sürüldükdə, Müştəri arbitraj əvəzinə "kiçik iddialar" məhkəməsində Airalo-ya qarşı iddia qaldıra bilər və iddia kiçik iddialar məhkəməsində qaldığı müddətdə fərdi iddia olaraq qalmalıdır.
Kollektiv iddia hüququndan imtina. Müştəri və Airalo Mübahisələrin həlli üçün hər hansı icraatın kollektiv, birləşdirilmiş və ya təmsilçi iddia çərçivəsində deyil, ayrı-ayrılıqda baxılacağı ilə razılaşırlar. Bu o deməkdir ki, həm Müştəri, həm də Airalo istənilən kollektiv məhkəmə prosesində kollektivin üzvü qismində iddiaçı kimi çıxış etmək hüququndan imtina edir. Bundan əlavə, Müştəri və Airalo arasında əksi razılaşdırılmadığı halda hər hansı Mübahisədə arbitr birdən artıq şəxsin iddialarını birləşdirə, istənilən kollektiv ddia formasında icraata sədrlik edə bilməz.
Arbitrajın həyata keçirilməsi və qaydaları. ”Arbitraj Amerika Arbitraj Assosiasiyası (“AAA”) tərəfindən qüvvədə olan Kommersiya arbitraj qaydaları və İstehlakçı ilə əlaqəli mübahisələr üçün əlavə prosedurlara (“AAA qaydaları”) uyğun olaraq və “Mübahisələrin həlli’ bölməsində nəzərdə tutulan dəyişikliklər istisna edilməklə həyata keçiriləcək. (AAA Qaydaları ilə tanış olmaq üçün: http://www.adr.org saytına daxil olun və ya 1-800-778-7879 nömrəsi ilə AAA-ya zəng edin).
Arbitraj prosesi. Arbitrajı başlatmaq istəyən tərəf qarşı tərəfə AAA Qaydalarında göstərilən qaydada yazılı Arbitraj Tələbi təqdim etməlidir. Arbitr təqaüdə çıxmış hakim və ya Kaliforniya ştatında hüquqi praktika üçün lisenziyası olan vəkil olacaq, tərəflər onu müvafiq təcrübəyə malik AAA arbitrləri reyestrindən seçəvəklər. Tərəflər Arbitraj Tələbinin verilməsindən sonra yeddi gün müddətində arbitr barədə razılığa gələ bilmədikdə, AAA öz qaydalarına uyğun olaraq arbitr təyin edəcək.
Arbitraj yeri və proseduru. Müştəri və Airalo arasında əksi müəyyən edilməyibsə, arbitraj yeri Kaliforniya ştatının San-Fransisko şəhəri olmalıdır. Müştərinin iddiası 10000 ABŞ dollarını ötmürsə, Müştəri dinləmə tələb etmədikdə və arbitr dinləmənin zəruri olduğuna qərar vermədiyi halda arbitraj yalnız Müştəri və Airalo-nun arbitrə təqdim etdiyi sənədlər əsasında aparılacaq. Müştərinin iddiası 10000 ABŞ dollarını aşdıqda, onun dinlənilmə hüququ AAA qaydaları ilə müəyyən edilir. AAA qaydalarına əsasən, arbitr arbitrajın sürətləndirilmiş xarakterinə uyğun olaraq, tərəflər arasında məntiqi baxımdan məqbul məlumat mübadiləsi haqqında göstəriş vermək hüququna malikdir. Tərəflərin tələb etdiyi və razılaşdırdığı halda dinləmələr telefon və ya videokonfrans vasitəsilə həyata keçirilə bilər.
Arbitrin qərarı və tətbiq edilən qanunvericilik. Arbitr Arbitraj haqqında federal qanuna, iddia müddəti haqqında müvafiq qanunlara uyğun olaraq, Kaliforniya qanunvericiliyini tətbiq etməli, qanunla tanınan imtiyazlar haqqında tələbləri nəzərə almalıdır. Arbitr AAA Qaydalarında göstərilən vaxt çərçivəsində qərar qəbul edəcək. Arbitraj qərarı müvafiq yurisdiksiyaya malik istənilən məhkəmədə qəbul edilə bilər. Arbitr tərəfindən qəbul edilən, zərərin ödənilməsi haqqında hər hansı qərar yuxarıdakı “Öhdəlikdən imtina və öhdəliklərin məhdudlaşdırılması” bölməsinə uyğun olmalıdır. Arbitr yalnız iddiaçının fərdi iddiası ilə əsaslandırılmaq üçün zəruri olan miqyasda iddiaçının xeyrinə deklarativ və ya qadağanedici qərar qəbul edə bilər.
21. TƏTBİQ EDİLƏN QANUNLAR
20-ci bölmədə nəzərdə tutulan və əksinin yazılı qaydada birmənalı olaraq bəyan edildiyi hallar istisna olmaqla, bu Razılaşma və Müştərinin Xidmətlərdən istifadəsi, qanun seçimi prinsipləri nəzərə alınmadan, Delaver ştatının qanunları ilə tənzimlənəcək və şərh ediləcək. Qanun seçimi müddəası yalnız bu Razılaşmanın təfsiri məqsədilə Delaver qanunundan istifadə ediləcəyini bildirmək üçün nəzərdə tutulub.
22. AGENT; İŞƏ QƏBUL MÜNASİBƏTLƏRİNİN OLMAMASI
Bu Müqavilə ilə heç bir agentlik, tərəfdaşlıq, birgə müəssisə, işçi-işəgötürən və ya françayzer-françayzi münasibəti nəzərdə tutulmayıb və ya yaradılmayıb.
23. ÜMUMİ MÜDDƏALAR
Bu Şərtlərin orijinal ingilis dili versiyası başqa dillərə tərcümə edilmiş ola bilər. Bu Şərtlərin tərcümə edilmiş versiyası qeyri-rəsmi, ümumi tanışlıq üçün nəzərdə tutulan tərcümədir və İştirakçılar tərcümə edilmiş versiyadan hər hansı hüquq əldə edə bilməzlər. Bu Şərtlərin məzmun və ya təfsiri haqqında hər hansı mübahisə və ya bu Şərtlərin ingilis dili və hər hansı başqa dildəki versiyası arasında fikir ayrılığı, ziddiyət, çoxmənalılıq və ya uyğunsuzluq halında ingilis dili versiyası tətbiq edilməli, üstün tutulmalı, yekun səciyyə daşımalı və məcburi qüvvəyə malik olmalıdır. Məhkəmə çəkişmələrində ingilis dili versiyası istifadə edilir. Bu Şərtlərin hər hansı müdəası qüvvədən düşdükdə, keçərsiz olduqda və ya məcburi qüvvəyə malik olmadıqda, Müştərinin bütün qalan müddəaları yerinə yetirmək öhdəliyi davam edir. Belə bir vəziyyətdə hər hansı keçərsiz müddəa müvafiq qanunvericiliyin icazə verdiyi maksimum dərəcədə icra ediləcək, bu Şərtlərin məzmun və məqsədi nəzərə alınmaqla, hər bir iştirakçı ən azı etibarsız, icra edilə bilməyən və məcburi qüvvəyə malik omlayan müddəa ilə bənzər effekti qəbul etməyə razılıq verir.
Bu Razılaşma Airalo-nun əvvəlcədən yazılı təsdiqi olmadan Müştəri tərəfindən güzəşt edilə və ya ötürülə bilməz. Airalo Müştərinin razılığı olmadan bu Razılaşmanı aşağıdakılar daxil olmaqla, lakin onlarla məhdudlaşmadan başqalarına güzəştə gedə və ya ötürə blər: (1) təsisçi və ya törəmə şirkətə, (2) aktivlərin alıcısına və ya (3) hər hansı başqa hüquqi vərəsə və ya alıcıya. Bu bölmənin şərtlərini pozan hər hansı ötürülmə etibarsız hesab ediləcək. Bu razılaşma Airalo, onun vərəsələri və hüquqi varislərinin maraqlarına xidmət edəcək.
24. BU MÜQAVİLƏYƏ VƏ XİDMƏTLƏRƏ DƏYİŞİKLİKLƏR
Airalo istənilən vaxt öz müstəqil mülahizəsi əsasında əvvəlcədən bildiriş verməklə və ya vermədən, Müştəri qarşısında hər hansı öhdəlik daşımadan bu Razılaşmanın (Bu Xidmət şərtləri və Məxfilik siyasəti daxil olmaqla) hər hansı şərt və ya müddəasını dəyişmək, onlara düzəliş və əlavələr etmək, onları tamamlamaq və ya ləğv etmək, Xidmətləri, onlar vasitəsilə təmin edilən hər hansı məzmun və ya məlumatı nəzərdən keçirmək, təkmilləşdirmək, dəyişmək və ya dayandırmaq hüququna malikdir. Airalo Müştəriyə vacib dəyişikliklər haqqında bildiriş verməyə çalışacaq, lakin bunu etmədiyi halda, məsuliyyət daşımayacaq. Bu Razılaşmaya gələcəkdə ediləcək hər hansı dəyişiklik Müştəri tərəfindən məqbul hesab edilmədikdə və ya Müştərinin artıq bu Razılaşma şərtlərinə cavab verməməsinə səbəb olduqda, Müştəri Xidmətlərdən istifadəni ləğv etməli və dərhal dayandırmalıdır. Müştərinin bu Razılaşmaya hər hansı dəyişiklikdən sonra Xidmətlərdən istifadə etməyə davam etməsi Müştərinin bu dəyişiklikləri tam və ləğv edilmə haqqı olmadan qəbul etdiyini bildirir. Həmçinin Airalo bildiriş təqdim etmədən və hər hansı öhdəlik yaranmadan Müştərinin Xidmətlərə tam və ya qismən çıxışını məhdudlaşdıra və müəyyən xüsusiyyətlərə limit təyin edə bilər.
25. ÜÇÜNCÜ TƏRƏFLƏRİN HÜQUQLARININ OLMAMASI
Bu Müqavilənin heç bir şərti bu Müqavilənin tərəfi olmayan şəxslər tərəfindən icra edilə bilməz.
26. BİLDİRİŞLƏR VƏ BİLDİRİŞLƏRİN ELEKTRON QAYDADA ALINMASINA RAZILIQ
Müştəri bu Razılaşmada istinad edilən hər hansı razılaşma, bildiriş, açıqlama və başqa məlumatları (bundan sonra birlikdə “Bildirişlər” adlandırılacaq) e-poçt, Bildirişlərin bu Saytda dərc edilməsi daxil olmaqla, elektron qaydada qəbul etməyə razılıq verir. Müştəri Airalo-nun bütün bildirişləri qanunun məlumat mübadiləsinin yazılı olmasına dair hər hansı tələbinə uyğun olaraq elektron qaydada təqdim edəcəyi ilə razılaşır. Bu Razılaşmada əksi müəyyən edilmədiyi təqdirdə, bu Razılaşma çərçivəsindəki bütün bildirişlər yazılı olmalı, şəxsən təhvil verildiyi və ya təsdiq tələb edən, yaxud sifarişli poçtla çatdırıldığı halda qəbul edildiyi zaman; qəbz elektron qaydada təsdiqləndikdə, faks və ya e-poçt vasitəsilə göndərildikdə, tanınan gecə poçtu xidməti ilə göndərildiyi halda növbəti gün alındıqda, lazımi qaydada təqdim edilmiş hesab edilməlidir.
27. BİZİMLƏ ƏLAQƏ
Bu Xidmət şərtləri və ya Xidmətlər haqqında hər hansı sualınız varsa, [email protected] e-poçt ünvanı vasitəsilə və aşağıdakı ünvandan bizimlə əlaqə saxlayın: AIRGSM PTE. LTD., 6 Raffles Blvd, #03-308 Justco Marina Square, Singapore 039594.
Tövsiyə kodunuzu dostlarınızla bölüşməklə USD $3.00 dəyərində Airmoney qazana bilərsiniz.