Qüvvəyə minmə tarixi: 3 iyun 2024
Airalo kimi fəaliyyət göstərən AIRGSM PTE. LTD., (www.AIRALO.com) (“Airalo,” “biz,” “bizə,” və ya “bizim”) məxfiliyinizin önəmini anlayır. Bu Məxfilik siyasəti fərdi məlumatlarınızı necə topladığımızı, istifadə etdiyimizi və qoruduğumuzu təsvir edir. Bu Məxfilik siyasəti həmçinin fərdi məlumatlarınızla əlaqədar hüquq və seçimlərinizi, suallarınıza cavab üçün bizimlə necə əlaqə saxlaya biləcəyinizi izah edir.
Hesabı qeydiyyatdan keçirməklə və ya hər hansı Airalo veb-saytı, tətbiqi, məhsulu, proqram təminatını, məlumat lentini və/və ya xidmətini başqa üsulla istifadə etməklə (birlikdə “Xidmət” adlandırılacaq) bu siyasətin şərtlərini başa düşür və onlarla razılaşırsınız.
Bu Məxfilik siyasəti fərdi məlumatları necə istifadə etdiyimizi, açıqladığımızı, saxladığımızı və qoruduğumuzu izah edir. Zəhmət olmasa, bu Məxfilik siyasətini diqqətlə oxuyun.
Mündəricat:
1. Bu Məxfilik siyasətinin tətbiq dairəsi
2. Fərdi məlumatları necə toplayır, açıqlayır və istifadə edirik
3. Topladığımız məlumatlar
4. Məlumatların saxlanması
5. Məlumatları necə toplayırıq
6. Fərdi məlumatları necə paylaşırıq?
7. Hüquqlarınız
8. Məlumatların köçürülməsi və beynəlxalq məlumat köçürməsi
9. Təhlükəsizlik
10. Bu siyasətə dəyişikliklər
11. Uşaqlar
12. Əlaqə məlumatları
13. Kaliforniya sakinləri üçün əlavə məlumat
1. Bu Məxfilik siyasətinin tətbiq dairəsi
Bu Məxfilik siyasəti Airalo mobil tətbiqləri, Tərəfdaş platforması, veb-saytları, funksiyaları və ya başqa xidmətlərdən istifadə, Airalo, əməkdaşları, iş üçün müraciət edən namizədlərlə (“Xidmətlər”) qarşılıqlı təsirlər (onlayn və oflayn) daxil olmaqla, bütün dünyada Airalo xidmətlərinin istfiadəçilərinə tətbiq edilir.
Bu məxfilik siyasəti Airalo-nun məlumatları necə topladığını və onlardan necə istifadə etdiyini təsvir edir və ayrıca məxfilik bildirişi ilə əhatə olunan xidmətdən istifadə edilmədiyi təqdirdə bütün Airalo istifadəçilərinə şamil edilir. Bu Məxfilik siyasəti xüsusi olaraq aşağıdakılara aiddir:
2. Fərdi məlumatları necə toplayır, açıqlayır və istifadə edirik
Bizimlə və xidmətlərimizlə necə qarşılıqlı əlaqə qurduğunuzdan asılı olaraq haqqınızdakı məlumatları aşağıdakılar daxil olmaqla, müxtəlif üsullarla toplayırıq:
Məlumatın müvafiq səviyyədə qorunmasının təmin edilməsi məqsədilə Airalo məlumatları və məlumat sistemlərini hüquqi tələblər, həssaslıq və biznesin vacibliyi əsasında təsnif edir. “Məlumatların operatoru” məlumatların emalı məqsədlərini və vasitələrini müəyyən edən qurumdur. “Məlumatların emalçısı” fərdi məlumatların emal edilməsi zamanı operatorun adından və onun təlimatları əsasında fəaliyyət göstərən qurumdur.
Airalo məlumatların operatoru kimi
Airalo fərdi məlumatların işlənməsinin məqsəd və vasitələrini müəyyən edən zaman məlumatların operatoru rolunu öz üzərində götürür. Fərdi məlumatların operatoru kimi Airalo fərdi məlumatların məlumatların qorunması haqqında müvafiq qanunlara müvafiq qaydada işlənməsinin təmin edilməsinə görə məsuliyyət daşıyır. Airalo-nun məlumat operatoru rolundakı fəaliyyətlərinə daxildir:
Əsas fəaliyyətlər:
Airalo məlumatların emalçısı kimi
Xidmətləri Biznes istifadəçiləri adından və ya onların göstərişləri əsasında təmin etdikdə, Airalo məlumat operatoru kimi çıxış edir. Bura aşağıdakı kimi məlumatlar daxildir:
Məlumatların emalçısı qismində çıxış edən zaman məlumatlarının necə idarə edildiyi və qorunduğu haqqında məlumat üçün istifadəçilərə (Biznes istifadəçiləri) müvafiq məlumat operatorunun məxfilik siyasətinə müraciət etməyi tövsiyə edirik. Airalo məlumat operatoru tərəfindən təmin edilən təlimatlara ciddi riayət edir və məlumatların qorunması haqqında müvafiq qanunlara və müqavilə öhdəliklərinə uyğun olaraq, emal edilən məlumatların məxfiliyini və təhlükəsizliyini təmin etmək öhdəliyi götürür.
3. Topladığımız məlumatlar
Aşağıda müxtəlif vəziyyətlərdə topladığımız məlumatların növləri və onlardan necə istifadə etdiyimizə dair nümunələr göstərilir.
Kontekst | Məlumatların növləri | Məlumatların toplanmasının və istifadəsinin əsas məqsədi |
---|---|---|
Hesab qeydiyyatı | Hesab yaratdığınız zaman e-məktub daxil olmaqla, ad və əlaqə məlumatlarınızı toplayırıq. Eyni zamanda hesabınızdakı fəaliyyətlərlə əlaqədar məlumatları toplayırıq. | İstifadəçilərimizə hesabla əlaqədar funskionallıqların təqdim edilməsi qanuni maraqlarımıza əsaslanır. Hesablar sifarişin asanlıqla rəsmiləşdirilməsi, seçimlərinizin və tranzaksiya tarixçənizin yadda saxlanması üçün istifadə edilə bilər. Eyni zamanda sizinlə müqaviləmizi icra etmək üçün bu məlumatları emal edəcəyik. |
Biometrik məlumat | Fotoşəkilli vəsiqə və selfilərdən əldə edilən biometrik identifikatorlar. | Qanunla tələb olunmadığı hallarda kimliyinizi eKYC prosesi vasitəsilə təsdiq etmək üçün sizin birmənalı razılığınız əsasında biometrik məlumatlarınızı emal edirik. |
Biznes istifadəçiləri | Biznes istifadəçilərimizin bizimlə qarşılıqlı təmasda olan əməkdaşlarının e-poçt, telefon nömrəsi və fiziki ünvanı daxil olmaqla, ad və əlaqə məlumatlarını toplayırıq. | Layihələr, xidmətlər və hesablaşma kimi inzibati biznes işləri ilə əlaqədar olaraq müştərilərlə əlaqə və ünsiyyət qurmaq qanuni maraqlarımıza daxildir. |
Zəruri onlayn izləmə texnologiyaları |
Kukilərdən və boş GIF təsvirlərindən istifadə edirik. “Kukilər” veb-sayta baxılan zaman veb-saytın kompüterin sərt diskinə göndərdiyi kiçik məlumat parçalarıdır. Boş GIF-lər dedikdə, veb-sayta daxil olduğunuz zaman brauzerinizin yüksəldiyi piksellər nəzərdə tutulur. Bu izləmə texnologiyaları brauzer növü, əməliyyat sistemi, İnternet Protokolu (IP) ünvanı (internet istifadə edilən zaman kompüterə avtomatik olaraq təyin edilən nömrə), domen adı, klik fəaliyyəti, yönləndirən veb-sayt və/və ya ziyarətçilər üçün tarix/vaxt göstəriciləri kimi məlumatları toplaya bilər. |
Veb-saytımızın səmərəli idarə edilməsi qanuni maraqlarımıza uyğundur. |
Köməkçi izləmə texnologiyaları | Veb-saytımızda analitik məlumatları toplayan, veb-saytımızda aktivliyinizi qeyd edən və ya bizə davranışa əsaslanan reklamda iştirak etmək imkanı yaradan izləmə texnologiyaları (məsələn, kukilər və ya piksellər) yerləşdirə bilərik. Bu texnologiyalar brauzer növü, əməliyyat sistemi, İnternet Protokolu (IP) ünvanı (internet istifadə edilən zaman kompüterə avtomatik olaraq təyin edilən nömrə), domen adı, klik fəaliyyəti, yönləndirən veb-sayt və/və ya ziyarətçilər üçün tarix/vaxt göstəriciləri kimi məlumatları toplaya bilər. Eyni zamanda veb-saytımızda və ya başqa veb-saytlarda reklam təqdim etmək üçün biz və ya üçüncü tərəflər zamanla və müxtəlif veb-saytlarda məlumat toplaya bilərik. | Qanunla tələb olunduğu halda üçüncü tərəf kukilərdən istifadəni razılıq əsasında həyata keçiririk. |
Demoqrafik məlumatlar | Yaşınız və ya olduğunuz yer kimi fərdi məlumatları toplayırıq. | İstifadəçilərimizin başa düşülməsi və uyğunlaşdırılmış xidmətlərin təmin edilməsi qanuni maraqlarımız çərçivəsindədir. |
İş üçün müraciət edən namizədlər | Vakansiyaya müraciət etdiyiniz və ya əməkdaş olduğunuz zaman müraciətinizi emal etmək və ya sizi əməkdaş olaraq saxlamaq üçün əlaqə məlumatları, təhsil və ya iş təcrübəsi daxil olmaqla, zəruri məlumatları toplayırıq. | İşçi qüvvəmizdə potensial mövqe tutmaq istəyən fərdlərin qiymətləndirilməsi qanuni maraqlarımıza əsaslanır. Bəzi vəziyyətlərdə bizdən qanun çərçivəsində həmçinin əməkdaşlar və namizədlər haqqında məlumat toplamaq tələb olunur. Həmçinin məlumatlarınızdan səmərəli komplektləşdirmə və işçi qüvvəsi əməliyyatlarında istifadə etmək də qanuni marağımızdır. |
Rəy/dəstək | Bizə rəy təqdim etdiyiniz və ya dəstək məqsədilə bizimlə əlaqə saxladığınız zaman adınızı, e-poçt ünvanınızı, eləcə də bizə göndərdiyiniz hər hansı başqa məzmunu cavab məqsədilə toplayacağıq. | Rəyləriniz və ya problemlərinizlə əlaqədar tədbirlər görmək və onları öyrənmək qanuni maraqlarımıza əsaslanır. |
Mobil cihazlar | Veb-saytımıza daxil olduğunuz zaman cihazınızdan ötürülən unikal eyniləşdirmə məlumatları kimi mobil cihaz məlumatlarını toplayırıq. | Veb-saytımıza daxil olan unikal qonaqların müəyyən edilməsi və veb-saytımıza ziyarətlərin monitorinqi qanuni maraqlarımıza əsaslanır. |
Sifarişin yerləşdirilməsi | Sifariş yerləşdirdiyiniz zaman adınızı, hesablaşma, çatdırılma və e-poçt ünvanınızı, telefon və ödəniş kartı nömrənizi toplayırıq. | Xidmətlərimizi təmin etmək məqsədilə sizinlə müqaviləmizi icra etmək üçün məlumatlarınızdan istifadə edirik. |
Tərəfdaş promoaksiyası | Başqa şirkətlə birgə promoaksiya çərçivəsində təqdim etdiyiniz məlumatları toplayırıq. | Promoaksiyalarımızın yerinə yetirilməsi qanuni maraqlarımız çərçivəsindədir. |
Sorğular | Sorğuda iştirak etdiyiniz zaman sorğu vasitəsilə təmin etdiyiniz məlumatları toplayırıq. Sorğu üçüncü tərəf xidmət təminatçıları tərəfindən təqdim edildikdə, məlumatlarınızın toplanması, istifadə edilməsi və açıqlanmasına üçüncü tərəfin məxfilik siyasəti tətbiq olunur. | Münasibətinizi başa düşmək və təşkilatımız üçün müvafiq məlumatları toplamaq qanunu maraqlarımıza cavab verir. |
4. Məlumatların saxlanması
Qanunla daha uzunmüddətli mühafizənin tələb olunmadığı və ya buna icazə verildiyi hallarda fərdi məlumatlarınızı hüquq, maliyyə və ya hesabat öhdəlikləri daxil olmaqla, bu məxfilik siyasətində təsvir olan məqsədlərin yerinə yetirilməsi üçün zəruri olan müddətdə saxlayırıq. Fərdi məlumatların saxlanma müddətini müəyyən etmək üçün məlumatın həcmini, xarakterini və həssaslıq dərəcəsini, icazəsiz istifadə və ya məlumatların açıqlanması nəticəsində potensial zərər riskini, məlumatın əldə edilməsi məqsədlərini, bu məqsədlərə başqa vasitələrlə nail ola bilib-bilməyəcəyimizi, eləcə də müvafiq hüququ tələbləri nəzərə alırıq.
5. Fərdi məlumatlardan necə istifadə edirik?
Yuxarıda təsvir edilən məqsədlərdən və istifadə təyinatlarından əlavə, məlumatlardan aşağıdakı üsullarla istifadə edirik:
Yuxarıdakı bölmələr məlumatların toplanmasında əsas məqsədi təsvir etsə də, çoxsaylı vəziyyətlərdə məqsədilərin sayı birdən çox olur. Məsələn, onlayn alışı tamamladığınız zaman sizinlə müqaviləmizi yerinə yetirmək üçün məlumatlarınızı toplaya bilərik, lakin eyni zamanda məlumatlarınızı tranzaksiyanız tamamlandıqdan sonra sifarişiniz haqqında hər hansı suala tez və asanlıqla cavab vermək üçün toplamaq da qanuni maraqlarımıza uyğundur. Nəticə etibarilə, məlumatlarınızı müxtəlif vəziyyətlərdə razılığınız əsasında, müqaviləni, qanun çərçivəsində öhdəliklərimizi yerinə yetirmək üçün və ya biznes işinin aparılması üçün qanuni marağımız əsasında toplayır və emal edirik.
6. Fərdi məlumatları necə paylaşırıq?
Bu Məxfilik siyasətində qeyd edilənlərdən əlavə, fərdi məlumatları aşağıdakı vəziyyətlərdə açıqlaya bilərik:
7. Hüquqlarınız
Olduğunuz yerdən və müvafiq qanunvericilikdən asılı olaraq aşağıdakı hüquqlara malik ola bilərsiniz:
Nəzərə alın ki, yuxarıda təsvir edilən bütün hüquqlar mütləq deyil və bütün şərtlər çərçivəsində tətbiq edilmir. Bəzi hallarda qanunla icazə verildiyi və ya tələb olunduğu təqdirdə və ya kimliyiniz adekvat şəkildə təsdiq edilə bilmədikdə, sorğunuzu məhdudlaşdıra və ya sorğunuzun emalından imtina edə bilərik. Müvafiq qanunvericilik çərçivəsində məxfilik hüquqlarını həyata keçirən şəxslərə qarşı ayrı-seçkilik etməyəcəyik.
Konkret hüquqlar haqqında ətraflı məlumat üçün bu bölməni oxuyun. Yuxarıda təsvir edilən hüquqların hər hansını icra etmək üçün sorğunun təqdim edilməsi və ya məlumat subyektinin hüquqları ilə əlaqədar sorğu ilə bağlı qərarımıza etiraz etmək üçün aşağıdakı əlaqə məlumatları və ya Bizimlə əlaqə səhifəmiz vasitəsilə bizimlə əlaqə saxlayın.
Nəzərə alın ki, qanunun tələbinə uyğun olaraq, sizdən şəxsiyyətinizi təsdiq etməyi tələb edəcəyik. Sorğunuzdan asılı olaraq sizə adınız, bizdən satın aldığınız son məhsul və ya məhsul satın aldığınız tarix kimi məlumatları soruşacağıq. Şəxsiyyətinizi təsdiq edən imzalı bəyannamə təmin etməyi xahiş edə bilərik. Sorğudan sonra fayllarımızda haqqınızdakı fərdi məlumatları təchiz etmək, düzəliş etmək və ya silmək üçün məntiqi baxımdan məqbul səylər göstərəcəyik.
Bəzi şərtlər çərçivəsində müəyyən məxfilik hüquqlarını adınızdan icra etmək üçün səlahiyyətli agent təyin edə bilərsiniz. Hər hansı fərdin adından sorğu təqdim edən səlahiyyətli nümayəndəsinizsə, başqa şəxsin adından hərəkət edə biləcəyinizi göstərən imzalı sənədin surətini əlavə etməlisiniz.
Marketinq e-məktublarına abunəlikdən necə çıxa bilərəm?
Profil Parametrlərinizdən abunəliyin ləğvi funksiyasından istifadə etməklə marketinqlə əlaqədar e-məktublardan imtina edə bilərsiniz. Seçimlərinizi idarə etmək üçün hesabınıza daxil olun, sonra Profil parametrlərinə keçin. Dəyişiklikləri yadda saxlamaq üçün “''Promoaksiya e-məktublarını almaq istəyirəm” seçimini aktivləşdirin və ya söndürün. E-poçt ünvanınız mümkün olan ən qısa müddətdə e-poçt marketinqi göndərişlərindən xaric ediləcək.
Airalo marketinq materiallarından necə imtina edə biləcəyiniz haqqında hər hansı sualınız varsa, çəkinmədən [email protected] ünvanı vasitəsilə bizimlə əlaqə saxlaya bilərsiniz.
Hesabımı necə silə bilərəm?
Profi parametrlərimizdən“Hesabın silinməsi” funksiyasından istifadə edərək hesabınızı silə bilərsiniz. Hesabınıza daxil olun, sonra Profil parametrlərinizə keçin. “Hesabı sil” düyməsinə klikləyin və niyyətinizi təsdiq edin. Sorğunuz yubanmadan, xüsusi tələblər əlavə edildikdə isə, sorğunun alındığı gündən etibarən bir ay müddətində emal ediləcək.
Hər bir halda nəzərə alın ki, sorğunuzu emal edə bilmək üçün şəxsiyyətinizi və sizinlə münasibətimizi yoxlayıb təsdiq etməli ola bilərik.
Hansı hallarda Airalo silinmə tələbi və ya məlumatların emal edilməsinə qarşı etiraza baxmayaraq, məlumatları emal etməyə davam edir?
Müəyyən hallarda silinmə tələbi və ya məlumatların emalına qarşı etiraza baxmayaraq, Airalo-dan qanun çərçivəsində fərdi məlumatları saxlamaq və emal etmək tələb oluna bilər. Məsələn, "Müştərini tanı" (KYC) prosesi və ödəniş tranzaksiyası məlumatları çərçivəsində hüquqi öhdəliklərini yerinə yetirmək üçün Airalo-dan müəyyən fərdi məlumatları saxlamaq tələb olunur.
9. Məlumatların köçürülməsi və beynəlxalq məlumat köçürməsi
Xidmət Airalo-ya məxsusdur, Avropada və xaricdə istifadə edilə bilər. Nəticə etibarilə, məlumatlarınız məxfilik haqqında qanunların daha mülayim xarakter daşıdığı xarici ölkədə emal edilə bilər. Bununla belə, mümkün hallarda fərdi məlumatlarla, məlumatı ilk dəfə aldığımız ölkənin fərdi qanunlarına müvafiq qaydada, emal etmək üçün addımlar atırıq. Fərdi məlumatlarınızı bizə təqdim etməklə, məlumatlarınızın Birləmiş Ştatlar daxil olmaqla, lakin onunla məhdudlaşmayaraq yaşayış ölkənizdən fərqli ölkəyə ötürülməsinə, fərqli ökədə saxlanmasına və emal edilməsinə razılıq verirsiniz. Bir yurisdiksiyaya aid məxfilik prinsiplərini başqa yurisdiksiyaya ötürülən məlumatlara tətbiq etmək cəhdləri ilə əlaqədar ətraflı məlumat üçün aşağıdakı əlaqə məlumatlarından istifadə edərək bizimlə əlaqə saxlaya bilərsiniz.
9. Təhlükəsizlik
Fərdi məlumatlarınızın qorunmasına yardım üçün geniş qəbul edilmiş sahə standartılarına riayət edirik. İnternet, mobil texnologiya və ya elektron yaddaş qurğusu metodu ilə köçürülmə metodlarının heç biri tamamilə təhlükəsiz deyil. Onlayn rejimdə topladığımız məlumatların məxfiliyini qorumaq üçün fiziki, elektron və prosedur təhlükəsizlik tədbirləri görsək də, mütləq təhlükəsizliyə zəmanət verə bilmərik.
Airalo istifadəçiləri parollarının və hesaba giriş məlumatlarının təhlükəsiz saxlanmasına görə məsuliyyət daşımağa davam edirlər. Bizimlə qarşılıqlı təmasınızın artıq təhlükəsiz olmadığına inanmaq üçün səbəbləriniz varsa (məsələn, bizimlə əlaqəli hesabınızda təhlükəsizliyinizin pozulduğunu hiss etdikdə), [email protected] ünvanı vasitəsilə dərhal bizə bildiriş göndərin.
10. Bu siyasətə dəyişikliklər
İstənilən vaxt bu Məxfilik Siyasətinin şərtlərini dəyişdirmək hüququnu özümüzdə saxlayırıq. Bu bəyanata və ya fərdi məlumatlarınızdan istifadə qaydalarımıza əhəmiyyətli dəyişikliklər edildiyi halda bu dəyişikliklər haqqında sizə və ya əsas səhifəmizdə məlumat verməklə, yaxud e-məktub göndərməklə dərhal xəbərdarlıq edəcəyik. Veb-saytlarımızdan və ya tətbiqlərimizdən hər hansına daxil olan zaman bu siyasəti nəzərdən keçirməyi tövsiyə edirik. Məxfilik siyasətimizdə “qüvvəyə minmə” və “son yenilənmə” tarixi göstərilir. Qüvvəyə minmə tarixi dedikdə, cari versiyanın qüvvəyə mindiyi tarix nəzərdə tutulur. Son yenilənmə tarixi dedikdə, cari versiyaya əsaslı düzəlişin edildiyi tarix nəzərdə tutulur.
11. Uşaqlar
Xidmətlərimiz 13 yaşından kiçik uşaqlar üçün nəzərdə tutulmur, yaşı 16-dan kiçik, yetkinlik yaşına çatmamış azyaşlılar haqqında fərdi məlumatları valideynin razılığı olmadan bilərək toplamırıq. Yaşı 13-dən az olan uşaqlar fərdi məlumatlarını bizə təqdim etməməlidirlər.
12. Əlaqə məlumatları
Məxfilik praktikaları ilə əlaqədar hər hansı sual, şərh və ya şikayətiniz varsa və ya əlillik səbəbindən Məxfilik siyasətinə alternativ formatda çıxış əldə etmək istəyirsinizsə, aşağıdakı müvafiq ünvan vasitəsilə bizimlə əlaqə saxlayın. Sorğulara cavab vermək və məxfiliklə əlaqədar məlumatları təqdim etməyə çalışırıq.
Cavabımızdan məmnun qalmadığınız və Avropa İttifaqı və ya Birləşmiş Krallıqda olduğunuz halda yerli nəzarət orqanı qarşısında şikayət qaldırmaq hüququna malik ola bilərsiniz.
13. Kaliforniya sakinləri üçün əlavə məlumat
Kaliforniya qanunvericiliyi məxfilik təcrübələrimizlə əlaqədar aşağıdakı əlavə məlumatları açıqlamağı tələb edir. Kaliforniya sakinisinizsə, sizə Məxfilik siyasətinin qalan hissəsindən əlavə aşağıdakı məxfilik açıqlamaları şamil olunur.
Fərdi məlumat kateqoriyası | Resipiyent kateqoriyaları | |
---|---|---|
Biznes məqsədilə açıqlama | Kateqoriyalararası, davranışa əsaslanan reklam üçün paylaşım | |
İdentifikatorlar – bura real ad, ləqəb, poçt ünvanı, unikal fərdi identifikator, onlayn identifikator, e-poçt ünvanı, hesab adı və ya başqa bənzər identifikatorlar daxil ola bilər. |
Tərəfdaşlar və ya filiallar Biznes tərəfdaşları Data analitika təminatçıları İnternet xidməti provayderləri Birgə marketinq tərəfdaşları Əməliyyat sistemləri və platformaları Digər xidmət təminatçıları Ödəniş prosessinq şirkətləri və maliyyə institutları Peşəkar xidmət təşkilatları. Bura auditorlar və hüquq firmaları daxil ola bilər Sosial şəbəkələr |
Reklam şəbəkələri |
Dövlət tərəfindən verilən şəxsiyyətin təsdiqi nömrəsi – bura sosial sığorta nömrəsi, sürücülük vəsiqəsi, şəxsiyyət vəsiqəsi, pasport nömrəsi daxil ola bilər. |
Şəbəkə operatorları (eKYC tələb olunduqda) Peşəkar xidmət təşkilatları. Bura auditorlar və hüquq firmaları daxil ola bilər |
|
Maliyyə məlumatlarına bank hesab nömrəsi, kredit kartı nömrəsi, debet kartı nömrəsi və başqa maliyyə məlumatları daxil ola bilər. |
Əməliyyat sistemləri və platformaları Ödəniş prosessinq şirkətləri və maliyyə institutları Peşəkar xidmət təşkilatları. Bura auditorlar və hüquq firmaları daxil ola bilər |
|
Qorunan təsnifatların xarakteristikası – bura yaş, cinsiyyət, irq, etnik mənşə, fiziki və ya zehni əlillik və s. daxil ola bilər. |
Şəbəkə operatorları (eKYC tələb olunduqda) Peşəkar xidmət təşkilatları. Bura auditorlar və hüquq firmaları daxil ola bilər |
|
Kommersiya məlumatları – bura alınan, əldə edilən və ya nəzərdən keçirilən məhsullar və ya xidmətlər, yaxud başqa alış və ya istehlak tarixçələri və ya tendensiyaları haqqında məlumatlar daxil ola bilər. |
Tərəfdaşlar və ya filiallar Biznes tərəfdaşları Data analitika təminatçıları İnternet xidməti provayderləri Birgə marketinq tərəfdaşları Əməliyyat sistemləri və platformaları Digər xidmət təminatçıları Ödəniş prosessinq şirkətləri və maliyyə institutları Peşəkar xidmətlər. Bura auditorlar və hüquq firmaları daxil ola bilər. Sosial şəbəkələr |
|
İnternet və ya başqa elektron şəbəkə fəaliyyəti – bura veb-sayta baxış tarixçəsi, axtarış tarixçəsi, fərdin internet veb-saytımız, tətbiqimiz və ya reklamlarımızla qarşılıqlı təması ilə əlaqədar məlumatlar daxil ola bilər. | Data analitika təminatçıları | Reklam şəbəkələri |
Peşəkar və ya məşğulluqla əlaqədar məlumatlar |
Tərəfdaşlar və ya filiallar Biznes tərəfdaşları Əməliyyat sistemləri və platformaları Digər xidmət təminatçıları Peşəkar xidmət təşkilatları. Bura auditorlar və hüquq firmaları daxil ola bilər |
|
İctimaiyyət üçün açıq olmayan təhsil məlumatları (Ailə təhsil hüquqları və məxfilik haqqında qanunda müəyyən edilən təriflərə uyğun olaraq) |
Tərəfdaşlar və ya filiallar Biznes tərəfdaşları Əməliyyat sistemləri və platformaları Digər xidmət təminatçıları Peşəkar xidmət təşkilatları. Bura auditorlar və hüquq firmaları daxil ola bilər |
|
Kaliforniyanın Müştəri bazaları haqqında statutunda təsvir edilən əlavə fərdi məlumat kateqoriyaları (Kal. Mülki Məcəlləsi § 1798.80(e)) – bura imza, fiziki xarakteristika və ya təsvir, sığorta polisinin nömrəsi daxil ola bilər. |
Şəbəkə operatorları (eKYC tələb olunduqda) Peşəkar xidmət təşkilatları. Bura auditorlar və hüquq firmaları daxil ola bilər |
2024 AIRGSM PTE. LTD.
Bütün hüquqlar qorunur
Tövsiyə kodunuzu dostlarınızla bölüşməklə USD $3.00 dəyərində Airmoney qazana bilərsiniz.