Passagens Imperdíveis

İstifadəçilər üçün 20% endirim

Bu sənəd artıq mövcud olan və ya gələcəkdə istənilən vaxt açıla biləcək bütün Airallo hesablarına tətbiq edilməli olan şərt və qaydaları müəyyən edir.

1. İştirak/Meyarlara uyğunluq

1.1. Bu promoaksiyada iştirak meyarlarına cavab vermək üçün istifadəçi Airalo-da hesab yaratmalı və ya artıq belə bir hesaba malik olmalıdır.

1.2. Tövsiyə kodundan artıq istifadə etmiş və bu promoaksiyadan yararlanmış olduqda, iştirakçılar Təşkilatçının müstəqil mülahizəsi əsasında diskvalifikasiya edilə bilərlər.

2. Promoaksiya prosedurları

2.1. Müştəri satınalmanın rəsmiləşdirilməsi zamanı endirim kodunu daxil etməlidir.

2.2. 20% endirim hər hansı eSIM paketi satın alınan zaman tətbiq edilir. Maksimum endirim $10 təşkil edir.

2.3. Promoaksiya hər hansı müştəri tərəfindən maksimum 2000 dəfə istifadə edilə bilər.

2.4. Promoaksiya birləşdirilə və ya başqa promoaksiyalarla birlikdə istifadə edilə bilməz.

2.5. Endirim yalnız Debet / Kredit kart, PayPal, Alipay, Apple Pay və Google Pay ödəniş metodları ilə istifadə edilə bilər.

2.6. Bu endirim Airalo tətbiqi və www.airalo.com veb-saytı vasitəsilə istifadə edilə bilər.

3. Etibarlılıq/Müddət/İstisnalar

3.1. Promoaksiya ilk istifadə ilə məhdudlaşır.

3.2. Promoaksiya 2023-10-16 tarixindən 2023-10-31 tarixinə qədər keçərlidir. Maksimum istifadə sayı son tarixdən əvvəl aşılarsa, promoaksiya daha tez yekunlaşa bilər.

4. Ləğv/Geri ödəmə

4.1. Airalo aşağıdakı səbəblərdən hər hansına görə hər hansı sifarişi ləğv etmək, dəyişdirmək və ya bu promoaksiyadan istifadəni ləğv etmək hüququna malikdir:

4.1.1. Endirim kodu bəyan edilən müddət daxilində istifadə edilməyib və ya maksimum istifadə sayı aşılıb.

4.1.2. Şübhəli və ya fırıldaqçı satınalma fəaliyyəti.

4.1.3. Eyni müştəri və ya müştərilər qrupu ilə əlaqəli çoxsaylı hesab və ya çoxsaylı rəsmiləşdirmədən istifadə daxil olmaqla, promoaksiyadan sui-istifadə.

4.1.4. Endirimdən pis niyyətlə istifadə (eSIM kartlarının təkrar satışı və ya məhsulları satın alan müştərilərin endirimdən təkrar satış məqsədilə istifadə etməsi daxil olmaqla).

5. Standart şərt və qaydalar

5.1. Bu kampaniyada iştirak etməklə bu şərt və qaydalara tabe olmağa razılıq verir, bu şərt və qaydaları oxuyub anladığınızı təsdiq edirsiniz.

5.2. Təşkilatçı şirkətin maraqları çərçivəsində bu şərt və qaydaları dəyişmək və ya hər hansı promoaksiyanı istənilən vaxt əvvəlcədən xəbərdarlıq etmədən ləğv etmək hüququna malikdir.

5.3. Heç bir iştirakçının Təşkilatçının kampaniyanın hər hansı aspekti ilə əlaqədar qərarına və ya şərt və qaydalrı necə şərh etdiyinə, yaxud iştriak meyarlarına uyğunluq haqqında qərarlarına etiraz etmək hüququ yoxdur. Təşkilatçının qərarı yekun xarakter daşıyır və bununla əlaqədar hər hansı yazışma aparılmayacaq.

5.4. Təşkilatçı, iştirakçının kimliyi ilə əlaqədar mübahisə mövcud olduqda, öz müstəqil mülahizəsi əsasında iştirakçının kimliyini müəyyən etmək hüququnu özündə saxlayır.

5.5. Promoaksiya veb-saytına çıxışla əlaqəli hər hansı xərc iştirakçıya aiddir və istifadə edilən internet provayderindən asılıdır. Təşkilatçı mövcud olduğu halda iştirak üçün çəkilən xərclərin kompensasiya edilməsi öhdəliyi daşımır. İştirak üçün çəkilən xərclərə görə (mövcud olarsa) geri ödəniş edilmir.

eSIM kartlarını sınamağa, əlaqə üsulunuzu dəyişməyə hazırsınızmı?

eSIM kartlarınızı istənilən vaxt, istənilən yerdən satın almaq, idarə etmək və balansı artırmaq üçün Airalo tətbiqini endirin!

Airalo | Download mobile app
Airalo | Use your Free Credit

Qazandığınız kreditdən istifadə edin.

Tövsiyə kodunuzu dostlarınızla bölüşməklə USD $3.00 dəyərində Airmoney qazana bilərsiniz.