Airalo dünyanın 200-dən çox ölkə və regionunda eSIM paketləri təklif edir — hər bir paketə müəyyən vaxt ərzində istifadə edə biləcəyiniz həcmdə trafik daxildir. Discover+ qlobal eSIM kartları kimi bəzi paketlərə zəng və SMS-lər daxildir.
Paketinizi istifadə edə biləcəyiniz müddət etibarlılıq müddəti adlandırılır. Trafik həcmi və etibarlılıq müddətləri haqqında ətraflı məlumatı aşağıdakı tez-tez verilən suallara cavablarımızdan əldə edə bilərsiniz.
Paketimin etibarlılıq müddəti nə vaxt başlayır?
eSIM paketinizin etibarlılıq müddəti aşağıdakılardan birindən sonra baş verir:
- Əhatə dairəsində olan dəstəklənən şəbəkəyə qoşulduğunuz zaman
- eSIM kartınızını quraşdıran zaman
Airalo eSIM paketlərinin əksəriyyətinin etibarlılıq müddəti eSIM dəstəklənən şəbəkəyə qoşulduqdan sonra başlayır. Paketinizin Etibarlılıq müddəti qaydasını nəzərdən keçirməyi unutmayın — bu, eSIM kartınızı nə zaman quraşdıracağınızı planlaşdırmağa yardım edəcək.
Etibarlılıq müddəti qaydasını aşağıdakı addımları atmaqla nəzərdən keçirə bilərsiniz:
- Müvafiq eSIM üçün eSIM kartlarım > TƏFƏRRÜATLAR seçimlərini edin.
- "DAHA ÇOX GÖSTƏR"ə toxunun və ya klikləyin.
- "ETİBARLILIQ MÜDDƏTİ QAYDASI"nı tapın, müvafiq məlumat əks olunacaq.
Etibarlılıq müddətində eSIM trafiki necə paylaşdırılır?
eSIM kartınıza daxil olan trafik bütövlükdə etibarlılıq müddəti üçün nəzərdə tutulur, günlər üzrə bərabər paylaşdırılmayıb.
Məsələn, 1 QB - 7 gün eSIM paketi almsınızsa, bir gün üçün 1 QB deyil, bütövlükdə 7 günlük müddət üçün 1 QB trafikiniz olacaq.
Bütün trafiki etibarlılıq müddətinin ilk günündə istifadə edə bilərəmmi?
Bəli, paketinizə daxil olan bütün trafiki etibarlılıq müddətinin birinci və ya hər hansı günündə istifadə edə bilərsiniz. Bütün trafiki etibarlılıq müddəti bitmədən əvvəl istifadə edəcəyinizdən narahatsınızsa, eSIM kartınız üçün balans artımı paketi ala bilərsiniz.
Limitsiz trafiki olan eSIM paketindən istifadə edirsinizsə, etibarlılıq müddətində trafikiniz bitməyəcək. Lakin müəyyən edilən trafik həcmindən çox istifadə etdiyiniz günlərdə bağlantı sürəti azala bilər. Bu məbləğ müvafiq eSIM haqqında Əlavə məlumatlarda göstəriləcək.
Trafikimin vaxtından əvvəl bitməsindən yayınmaq üçün trafikimi necə idarə edə bilərəm,?
eSIM paketlərinin çoxunda Airalo tətbiqi və ya Airalo vidcetlərində (yalnız iOS) trafikdən istifadəni izləmək üçün eSIM kartlarım bölməsinə keçə bilərsiniz. Eyni zamanda eSIM kartınızın trafiki 25% və 10%-ə endikdə, trafikin azaldığı haqqında bildiriş alacaqsınız.
Həddən artıq trafik sərf etməmək üçün böyük həcmdə trafik tələb edən fəaliyyət və ya tətiqlərdən yayına bilərsiniz.
Trafikim etibarlılıq müddəti sona çatmazdan əvvəl bitərsə, nə edə bilərəm?
Trafikiniz etibarlılıq müddəti başa çatmazdan əvvəl bitərsə, balans artımı paketi ala bilərsiniz. Bunun üçün "eSIM kartlarım" bölməsinə keçin, müvafiq eSIM üçün BALANSI ARTIR seçin.
İnternet paketimin etibarlılıq müddətini uzada bilərəmmi?
Xeyr, internet paketinizin müddətini artırmaq mümkün deyil.
If you have any remaining questions or need further assistance, our support team is available 24/7 — we’re always happy to help.