Airalo veb-sayt və ya tətbiqlərə çıxışınızı məhdudlaşdırmır.
Bir qayda olaraq, eSIM-dən istifadə zamanı müntəzəm olaraq tətbiq və veb-saytlara daxil ola bilirsiniz. Lakin bəzi platformalar girişinizə təsir edə biləcək məhdudiyyətlər təyin edə bilərlər.
eSIM kartınızdan istifadə müddətində tətbiq və veb-saytlarda məhdudiyyətlərlə qarşılaşmağınızın bəzi ümumi səbəbləri:
- Proksi parametrləri: Tətbiq və ya veb-sayt bağlantınızın proksi server vasitəsilə yönləndirlidiyini aşkar etikdə, girişinizi və ya funksiyaları bloklaya bilər.
- Təhlükəsizlik protokolları: Tətbiq və ya veb-saytın istifadə etdiyi təhlükəsizlik tədbirləri eSIM trafikinin istifadə etdiyi rutinq metodu ilə uyğun olmadıqda, giriş məhdudlaşdırıla bilər.
- Məkan/xidmət provayderi məhdudiyyətləri: Tətbiq və ya veb-sayt icazə verilməyən yerdən və ya icazə verilməyən xidmət provayderi vasitəsilə giriş edildiyini aşkar etdikdə, girişi və ya funksiyaları məhdudlaşdıra bilər.
eSIM trafik yönləndirməsi "rouminq platforması" vasitəsilə həyata keçirildiyinə görə müəyyən tətbiq və ya veb-saytlara giriş təhlükəsizlik səbəbindən mümkün olmaya bilər. Bu məhdudiyyət yalnız Airalo eSIM kartlarına aid deyil, lakin müəyyən platformalara giriş zamanı potensial məhdudiyyətlərə səbəb ola bilər.
eSIM kartından istifadə zamanı müəyyən tətbiq və ya veb-sayta girişlə əlaqədar problemlərlə qarşılaşdıqda, yardım üçün tətbiq və ya veb-saytın dəstək komandası ilə əlaqə saxlamağı tövsiyə edirik.
Yardıma ehtiyacınız varsa, dəstək xidməti komandamızla əlaqə saxlayın.